Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kanadada Çərkəz Məcidin xatirə gecəsi keçirildi

Tarix: 26-05-2025 12:28     Baxış: 4164 A- / A+


Kanadanın Toronto şəhərində mərhum şair, yazıçı və ictimai xadim Çərkəz Məcidin xatirə gecəsi keçirilib.

Manevr.az xəbər verir ki, Azərbaycanlı Qadınlara Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirə mərkəzin idarə heyətinin üzvü Yeganə Cəfərova aparıcılıq edib. Tədbirə Çərkəz Məcidin ailə üzvləri, doktor Elsəvər Səmədov, dilçi alim Solmaz Kazımova, ədəbiyyatşünas Qardaşxan Əzizov, araşdırmaçı alim Cəlal Ruşən və başqa qonaqlar qatılıb. İştirakçılar Çərkəz Məcidin həyat və yaradıcılığından danışıblar, öz xatirələrini bölüşüblər. Tədbirdə Çərkəz Məcidin şeirlərinə həsr olunmuş mahnılar səsləndirilib.

Qeyd edək ki, mərhum şair Çərkəz Məcid 1937-ci ilin may ayında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində ruhani ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Böyük Mərcanlı kəndində müəllim kimi başlayıb və ömrünün sonuna qədər müəllim işləyib. Ömrü boyu haqsızlıq və ədalətsizlik ilə mübarizə aparan şairin yaradıcılığında vətənpərvərlik, milli ruh, təbiət və haqq-ədalət əsas yer tutur. Çərkəz Məcid 1989-cu ilin 9 yanvarında dünyasını dəyişib. Ölümündən sonra şair Elşad Barat onun həyat və yaradıcılığı haqqında iki cilddə "İkinci ömür" adlı kitab yazıb.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar