Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-dan Ziya Məmmədovla bağlı vacib qərar

Tarix: 22-05-2025 21:17     Baxış: 3120 A- / A+


ABŞ Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı aparılan korrupsiya istintaqını dayandırıb. Sözügedən araşdırma çərçivəsində Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbəri Arif Əsgərovun adları hallanırdı.
Manevr.az Haqqin.az-a istinadən xəbər verir ki, “Bombardier” şirkəti 1 aprel tarixində ABŞ Ədliyyə Nazirliyindən rəsmi məktub alaraq, istintaqın bağlandığını təsdiqləyib. Kanada şirkətinin maliyyə hesabatında qeyd olunur ki, İndoneziya və Azərbaycan dəmir yolları ilə bağlı müqavilələrlə əlaqəli iki istintaq toplanmış məlumatlar əsasında yekunlaşdırılıb.
ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib. "Bombardier" şirkəti də açıqlama yaymayıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanla, 2021-ci ildə isə İndoneziyanın “Garuda Airlines” şirkəti ilə bağlanmış müqavilələr üzrə istintaq başladılmışdı. Bu çərçivədə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə "Bombardier" arasında 2013-cü ildə imzalanmış 350 milyon dollarlıq müqavilə də araşdırılmışdı. Müqavilə Bakı–Qazax–Böyük Kəsik dəmir yolu xətti üçün siqnal avadanlıqlarının alınmasını nəzərdə tuturdu.
İstintaq zamanı məlum olub ki, təxminən 100 milyon dollar vəsait yüksək vəzifəli məmurlara rüşvət kimi ödənilib. Rüşvətlərin ötürülməsi üçün ofşor vasitəçi – Multiserv Overseas Ltd şirkətindən istifadə olunub. Bu şirkət Rusiyanın sabiq dəmiryolu rəhbəri Vladimir Yakunin tərəfindən təsis edilib və müxtəlif ölkələrdə Bombardier layihələrinə vasitəçilik edib.
Sənədlərdə göstərilir ki, 46 ədəd siqnal qurğusu Azərbaycana göndərilib, lakin ödənişlər heç bir ünvanı və fəaliyyəti olmayan London mənşəli şirkət vasitəsilə həyata keçirilib. Avadanlıqlar real qiymətindən 5,5 dəfə baha qiymətə satılıb.
İsveçdə bu işlə bağlı cinayət işi başlanıb və "Bombardier"in vitse-prezidenti Tomas Bimer məhkəməyə verilib. 2021-ci ilin dekabrında Stokholm məhkəməsi onu bəraət qazandıraraq, korrupsiya sxemindən xəbərsiz olduğuna qərar verib.
Xatırladaq ki, bu iş üzrə Dünya Bankı tərəfindən başlanan araşdırma hələ də davam edir. Eyni zamanda Kanadanın hüquq-mühafizə orqanları Bombardier-in İndoneziya ilə imzaladığı təyyarə satışı müqaviləsi üzrə yoxlamaları davam etdirir.
Maraqlıdır ki, 2021-ci ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən ölkənin əsas antikorrupsiya qanunu – Xaricdə Korrupsiya ilə Mübarizə Aktının (FCPA) tətbiqinin dayandırılması barədə sərəncam imzalanmışdı. Hazırkı qərarın həmin sərəncamla əlaqəli olub-olmadığı isə rəsmi şəkildə təsdiqlənməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar