Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rafael Quliyev kənd təsərrüfatı naziri təyin edildi

Tarix: 21-05-2025 11:39     Baxış: 3101 A- / A+


Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatına yeni nazir təyin edilib.
Manevr.az-ın məlumatına görə, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədovun müvafiq əmri ilə Rafael Quliyev Naxçıvan MR kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
R. Quliyev bu təyinata qədər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova idi. O, nazir müavini vəzifəsini icra etməyə davam edəcək.
Təyinatla bağlı sərəncamın yaxın dəqiqələrdə elan olunacağı gözlənilir.
Qeyd edək ki, dünən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində MR rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə iştirak edən Xəyalə Dadaşovanın fəaliyyəti yüksək qiymətləndirilib. Kənd Təsərrüfatı Nazirliyinin müsbət inkişaf dinamikası, artımların olduğu, subsidiyalarla bağlı əvvəlki rəhbərliyin dövründə yaranmış problemlərin aradan qaldırıldığı bildirilib. Belə bir məqamda, birdən-birə quruma yeni kənd təsərrüfatı nazirinin təyin olunması böyük suallar doğurur.manset.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar