Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Deputat Azər Badamovun Rusiyaya buraxılmamasının səbəbi

Tarix: 05-05-2025 20:01     Baxış: 4101 A- / A+


Deputat Azər Badamovun Rusiyaya buraxılmamasının SƏBƏBİ
Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə qadağa qoyulmasına onun guya dəfələrlə anti-Rusiya və rusofob açıqlamalar verməsinin səbəb olduğu açıqlanıb.
Manevr.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Azər Badamov 2025-ci il mayın 4-də Rusiya ərazisinə buraxılmayıb.
Qeyd olunur ki, Azər Badamovun Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmasına icazə verilmir. Bunun əsas səbəbi Milli Məclisin deputatının guya dəfələrlə anti-Rusiya və rusofob bəyanatlar verməsidir.
Badamova qarşı görülən tədbirlərin “şəxsi xarakter daşıdığı” bildirilir, Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz niyyətinə təsir göstərmədiyi vurğulanır.
"Rusiya dost ölkələrlə münasibətlərdə "stop-list" praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, əvvəllər də bir sıra rusiyalı deputatlara qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub.
Moskva hesab edir ki, bu cür məsələlərin media vasitəsilə iddialar səsləndirməklə deyil, diplomatik kanallarla həll edilməsi düzgündür”, - mənbə bildirib.
Eyni məzmunlu xəbəri eyni vaxtda RİA “Novosti” agentliyi də yayıb.
Göründüyü kimi, açıqlamalarda Azər Badamovun konkret hansı fikirlərindən söhbət getdiyi bəlli olmur. Onun Rusiya ərazisinə girişinə qadağa qoyulmasına heç bir aydınlıq gətirilmir, ümumi ifadələr işlədilir. Başqa bir məqam odur ki, Rusiya tərəfi məsələyə rəsmi münasibət bildirmir, açıqlamanı hansısa mənbənin adından mətbuatda yayır.

Azərbaycan XİN-in reaksiyası
Moskvanın bu cür addımları isə Azərbaycan tərəfdə haqlı suallar yaradır.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə baş verən gün məsələyə münasibət bildirib, qeyd olunub ki, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.
“Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik”, - deyə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.
Rusiya XİN-in buna cavab olaraq hansısa mənbəyə istinadən mediaya xəbər ötürməsi Moskvanın növbəti anlaşılmaz addımı kimi qəbul olunmalıdır.
Ümumiyyətlə, Rusiyanın həm vəzifəli şəxslərinin, həm ayrı-ayrı ekspertlərinin, həm də mediasının Azərbaycana qarşı zaman-zaman qeyri-obyektiv, qərəzli mövqeyinin şahidi olmuşuq. Elə yuxarıda adı çəkilən Valuyevin Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri xatırlatmaq kifayətdir. Azər Badamovun hansı antiRusiya, rusofob fikirləri var, Rusiya tərəfi göstərə bilərmi? Yox, çünki belə fikirlər yoxdur. Azər Badamov, eləcə də Azərbaycandan olan digər şəxslər yalnız Valuyev, Zatulin və başqalarının qərəzli açıqlamalarına münasibət bildirmiş ola bilərlər, başqa heç nə... Bu isə təbiidir. Azərbaycana qarşı qərəzli mövqeyə, əlbəttə ki, cavab verilməlidir. Rusiya tərəfi ünvanına qərəzli, rusofob saydığı fikirləri eşitmək istəmirsə, öncə öz siyasətçilərinə, deputatlarına Azərbaycana münasibətdə obyektiv və hörmətlə davranmağı öyrətməlidir.

Deputat Azər Badamovun deportasiyası
Qeyd edək ki, Milli Məclisin deputatı Azər Badamov mayın 4-də Moskva aeroportunda saxlanılıb və deportasiya edilib.
Deputat Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyətinin tərkibində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanmışdı. Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A. Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.
Güman olunur ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş deputat Valuyevə media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu “qara siyahı”ya salıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar