Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Günay Əfəndiyeva Özbəkistandan gələn geniş nümayəndə heyəti ilə görüşüb 

Tarix: 01-05-2025 14:27     Baxış: 3125 A- / A+
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Özbəkistandan gələn geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirib.
Nümayəndə heyəti Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən Günlər” romanı əsasında hazırlanmış tamaşanın təqdimatında iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər.
Görüşdə Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən xalq artistləri və yazıçıları, milli teatr və muzeylərinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı iki qardaş xalq arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların möhkəmləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Günay Əfəndiyeva Azərbaycan ilə Özbəkistanın strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığının, xüsusilə mədəni sahədə də yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı iş birliyinə möhkəm təməl yaratdığını qeyd edib.
Azərbaycanın işğaldan azad olunmuş Qarabağ bölgəsində, o cümlədən Füzuli şəhərində Özbəkistan hökumətinin dəstəyi ilə Mirzə Uluqbəy adına orta məktəbin, Xankəndidə isə Azərbaycan-Özbəkistan birgə müəssisəsi kimi fəaliyyət göstərən tikiş fabrikinin fəaliyyətə başlaması vurğulanıb. Bu humanitar təşəbbüslər ölkələrimizin bir-birinə göstərdiyi qardaşlıq və mənəvi dəstəyin bariz nümunəsi kimi qiymətləndirilib.
Eyni zamanda bu il Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasına diqqət çəkilib.
Bununla əlaqədar, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin Özbəkistanın Azərbaycandakı Səfirliyi və Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində görkəmli özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində səhnələşdirilməsi xüsusi minnətdarlıqla geyd olunub.
Keçirilən müzakirələrdə Azərbaycan ilə Özbəkistan arasında mədəni inteqrasiyanın inkişafına töhfə verən müxtəlif tipli layihələrin, o cümlədən teatr tamaşaları, film və serialların qarşılıqlı nümayişinin vacibliyi vurğulanıb.
Görüş Azərbaycan-özbək xalqlarının mədəni və yaradıcı mübadiləsinin davam etdirilməsinə dair perspektivlərin dəyərləndirilməsi ilə yekunlaşıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar