Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Leyla Əliyeva Nepalın Prezidenti ilə görüşüb - FOTO

Tarix: 27-04-2025 11:40     Baxış: 4115 A- / A+
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Katmanduya səfəri zamanı Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki,  görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nepalın Prezidentinə çatdıran Leyla Əliyeva iki ölkə arasında dostluq münasibətlərinin önəmini bir daha vurğulayıb.
COP29 zamanı Bakıya səfər etdiyini xatırladan prezident Ramçandra Paudel Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün tarixini əhəmiyyətini qeyd edib və aparılan müzakirələrin ölkələrarası əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Nepalda bir sıra layihələrin icrasının nəzərdə tutulduğunu, səfər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, eləcə də Katmanduda şəhər xəstəxanasına ziyarət edildiyini bildirib.
Heydər Əliyev Fondunun Nepalda dəstək layihələrinin eyni zamanda sosial və səhiyyə sahələrini əhatə edəcəyi diqqətə çatdırılıb.
Görüşdə mövcud əlaqələrin müxtəlif sahələri, o cümlədən humanitar və iqlim dəyişmələri, davamlı inkişaf məsələlərini əhatə etməsinin vacibliyi vurğulanıb.
Prezident Ramçandra Paudel Azərbaycan və Nepal arasında əlaqələri, o cümlədən Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar