Xəbər lenti
Ağsaqqallar “Qərbi Azərbaycana qayıdış” konsepsiyasını müzakirə ediblər - FOTO

Sumqayıt şəhər Ağsaqqallar Şurasında keçirilən silsilə yığıncaqlarda da məhz bu məsələ ətrafında geniş müzakirələr aparılıb. Şəhər Ağsaqqallar şurasının sədri Təbrik Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət çərçivəsində “Qərbi Azərbaycana qayıdış” konsepsiyası ilə bağlı mütəmadi tədbirlər keçirilir. O cümlədən, biz ağsaqqalların da borcudur ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edək, gənclərin vətənpərvər ruhda formalaşmasında əlimizdən gələni əsirgəməyək, hər sahədə onlara örnək olaq. Min illər boyu Qərbi Azərbaycan torpaqlarının, abidələrinin, toponimlərinin xalqımıza məxsus olduğu, burada yaşamış insanlarımızın tarixi, həyatı, mənşəyi, məişəti, taleyi haqqında ətraflı məlumatları gənclərimizə çatdırmağı da qarşımıza məqsəd qoymalıyıq. Mövzu ilə bağlı fikirlərini bölüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Ağsaqqallar şurasının sədr müavini Faiq İsmayılov, təftiş komissiyasının sədri Qalib Əliyev, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev və başqaları bu cür tədbirlərin əhəmiyyətinə toxunublar. Bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılmış Qərbi Azərbaycan İcması tərəfindən respublikamızda, o cümlədən şəhərimizdə məqsədyönlü işlər aparılır. Artıq tarixi ədalət bərpa olunub, otuz il işğal altında qalmış torpaqlarımız erməni vandallarından təmizlənib. Köçkünlərimiz yurdlarına qayıdırlar. Qərbi Azərbaycandan qovulmuş üç yüz minə yaxın soydaşımız isə hələ də öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayır. İnanırıq ki, yaxın zamanlarda Qərbi azərbaycanlılar da öz yurdlarına qayıdacaqlar. Bu yolda məhz gənclərimiz fəal rol oynamalıdırlar. Ona görə də biz ağsaqqallar onlara dəstək olmalı, təbliğat və təşviqat işləri aparmalıyıq. Yığıncaqlarda cari məsələlər də müzakirə edilib.
İlhamə MƏHƏMMƏDQIZI

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar