Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ağsaqqallar “Qərbi Azərbaycana qayıdış” konsepsiyasını müzakirə ediblər - FOTO

Tarix: 25-04-2025 14:14     Baxış: 3114 A- / A+
“Gənclər paytaxtı” elan olunan Sumqayıtda hazırda gənclərimizə aşılanan əsas hədəf onların tariximizə və taleyimizə sahib çıxması, qırx dörd günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfərindən sonra xalqımızın vahid ideologiyasına çevrilən Qərbi Azərbaycana qayıdış ideyası ətrafında birləşmələrinə çağırışdır.

Sumqayıt şəhər Ağsaqqallar Şurasında keçirilən silsilə yığıncaqlarda da məhz bu məsələ ətrafında geniş müzakirələr aparılıb. Şəhər Ağsaqqallar şurasının sədri Təbrik Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət çərçivəsində “Qərbi Azərbaycana qayıdış” konsepsiyası ilə bağlı mütəmadi tədbirlər keçirilir. O cümlədən, biz ağsaqqalların da borcudur ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edək, gənclərin vətənpərvər ruhda formalaşmasında əlimizdən gələni əsirgəməyək, hər sahədə onlara örnək olaq. Min illər boyu Qərbi Azərbaycan torpaqlarının, abidələrinin, toponimlərinin xalqımıza məxsus olduğu, burada yaşamış insanlarımızın tarixi, həyatı, mənşəyi, məişəti, taleyi haqqında ətraflı məlumatları gənclərimizə çatdırmağı da qarşımıza məqsəd qoymalıyıq.  Mövzu ilə bağlı fikirlərini bölüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Ağsaqqallar şurasının sədr müavini Faiq İsmayılov, təftiş komissiyasının sədri Qalib Əliyev, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev və başqaları bu cür tədbirlərin əhəmiyyətinə toxunublar. Bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılmış Qərbi Azərbaycan İcması tərəfindən respublikamızda, o cümlədən şəhərimizdə məqsədyönlü işlər aparılır. Artıq tarixi ədalət bərpa olunub, otuz il işğal altında qalmış torpaqlarımız erməni vandallarından təmizlənib. Köçkünlərimiz yurdlarına qayıdırlar. Qərbi Azərbaycandan qovulmuş üç yüz minə yaxın soydaşımız isə hələ də öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayır. İnanırıq ki, yaxın zamanlarda Qərbi azərbaycanlılar da  öz yurdlarına qayıdacaqlar. Bu yolda məhz gənclərimiz fəal rol oynamalıdırlar. Ona görə də biz ağsaqqallar onlara dəstək olmalı, təbliğat və təşviqat işləri aparmalıyıq. Yığıncaqlarda cari məsələlər də müzakirə edilib.

İlhamə MƏHƏMMƏDQIZI







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar