Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Türkiyədə beynəlxalq simpoziumda təmsil olunub

Tarix: 23-04-2025 19:47     Baxış: 398 A- / A+

Türkiyənin Düzce Universitetində “Türk dünyasında qadın: uğur hekayələri” beynəlxalq simpoziumu keçirilib.
Manevr.az xəbər verir ki, simpoziumun əsas məqsədi Türk dünyasında qadınların tarixi və müasir rolunu dəyərləndirmək, ortaq mədəni-mənəvi irsə əsaslanaraq gələcəyə birgə baxışın formalaşdırılmasına töhfə verməkdir.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Moldovadan qadın deputatları, ali təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.
Azərbaycanı simpoziumda Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva və Milli Məclisin deputatı, Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova təmsil ediblər.
Simpoziumun açılış mərasimində Düzce Universitetinin rektoru professor Nedim Sözbir, Düzce bələdiyyəsinin sədri və Türkiyənin sabiq elm, sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyə Prezidentinin baş müşaviri Saadet Oruç, Düzce millət vəkili Ayşe Keşir və Düzce valisi Selçuk Aslan çıxış ediblər.

“Azərbaycan və Türk dünyasının tarixi-mədəni irsində qadının rolu” mövzusunda məruzə ilə çıxış edən deputat Günay Əfəndiyeva milli kimlik, çoxəsrlik ənənələrin qorunması və nəsillərə ötürülməsində qadınların önəmli rolundan bəhs edib. Bildirib ki, Azərbaycanda qadınlar bu gün dövlət idarəçiliyi, siyasət, diplomatiya, elmi-tədqiqat, təhsil, mədəniyyət, sahibkarlıq və digər mühüm sahələrdə geniş spektrdə aktiv yer alırlar. Günay Əfəndiyeva, Qarabağda Ermənistanın illərlə davam edən təcavüzü dövründə Azərbaycanın mədəni irsinə, xüsusən qadınların fəal iştirak etdiyi el sənətlərinə, xalçaçılıq məktəbinə ciddi ziyan dəydiyini qeyd edib. Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin liderliyi və Azərbaycanın igid oğullarının şücaəti sayəsində azad edilən Qarabağ torpaqlarında bu gün həyat yenidən canlanır. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yerli və beynəlxalq əhəmiyyətli layihələrin, xüsusilə işğaldan azad edilən Qarabağda irimiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Tamam Cəfərova “Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyəti: reallıq və perspektivlər” mövzusunda çıxış edərək, müstəqillik illərində Azərbaycan qadınların ictimai-siyasi fəaliyyətindən söz açıb. Azərbaycanda dövlət qadın siyasətinin formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Tamam Cəfərova qadın hüquqları sahəsində mövcud qanunvericilikdən, milli mexanizmdən və dövlət idarəçiliyində qadınların kişilərlə bərabər iştirakından, gender bərabərliyinin təmin edilməsi sahəsində əldə olunan uğurlardan danışıb.
Çıxışda, həmçinin dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti ilə Azərbaycan qadın hərəkatında, ictimai-siyasəti fəaliyyətlərində yeni dövrün başlandığı qeyd olunub.
Simpozium Türk dünyasında qadınların keçmişdən bu günədək rolu, ictimai həyata inteqrasiyasının daha da artırılması, eləcə də ailə dəyərlərinin yaşadılmasına həsr olunmuş müxtəlif panellərlə davam edib.

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar