Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzova nə olub? - 3 aydır parlamentə gəlmir

Tarix: 21-04-2025 14:31     Baxış: 4157 A- / A+
Siyavuş Novruzova nə olub? - 3 aydır parlamentə gəlmir

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentə gəlmir.
Manevr.az xəbər verir ki, deputat son 7 plenar iclasın heç birində iştirak etməyib. Eyni zamanda, rəhbəri olduğu komitənin iclaslarına da qatılmayıb. Onu sədr müavini Nurlan Həsənov əvəzləyib.
Deputatın özü ilə isə əlaqə saxlamağa çalışsaq da, zənglərimizi cavabsız qoyub.
Məsələni aydınlaşdırmaq üçün Milli Məclisin İntizam Kommisiyasının sədri Eldar İbrahimovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirib.
Qeyd edək ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir.
Məlumat üçün bildirək ki, Siyavuş Novruzov 6-cı çağırışdır ki, Milli Məclisin deputatıdır."qafqazinfo”



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar