Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev bu qanunu təsdiqlədi - 10 il qüvvədə olacaq

Tarix: 19-04-2025 12:01     Baxış: 3114 A- / A+
Prezident qanunu təsdiqlədi: Bu qayda 10 il qüvvədə olacaq
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan azadolmalarla bağlı yeni hüquqi mexanizm qüvvəyə minib.


Manevr.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

Yenilənmiş qanuna əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri, idarəedici təşkilatları və operatorları, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fiziki şəxslər (hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar) tərəfindən idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular üçün tələb olunan təsdiqedici sənədlərə dair müddəalar əlavə edilib.

İndi bu hüquqdan həmçinin işğaldan azad edilmiş ərazilərdə idxalı vergi və rüsumlardan azad olunan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə fəaliyyət göstərən sahibkarlar da yararlana biləcəklər.

Yeni qayda 2023-cü il yanvarın 1-dən qüvvəyə minir və 2033-cü il yanvarın 1-dək tətbiq olunacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar