Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

İran prezidenti bu tarixdə Azərbaycana gəlir

Tarix: 18-04-2025 13:22     Baxış: 4135 A- / A+

Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Manevr.az xəbər verir ki, bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen Hökumət və Özəl Sektor Dialoqu Şurasının iclasında deyib.
Onun sözlərinə görə, İran prezidentinin Azərbaycana səfərində 120 nəfərdən ibarət heyətdə özəl sektorun nümayəndələri, İran və Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri və İranın şimal-qərbində yerləşən 4 vilayətin valisi yer alacaq.
Pirmoəzzen əlavə edib ki, səfər çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və özəl sektorun nümayəndələrinin növbəti səfərlərinin planlaşdırılması nəzərdə tutulub.
Palata rəsmisi qeyd edib ki, İran və Azərbaycan arasında körpünün istifadəyə verilməsi (Ağbənd-Kəlalə) ilə iqtisadi əməkdaşlıq daha da inkişaf edəcək.
Qeyd edək ki, bundan əvvəl İranın Azərbaycandakı Səfirliyindən Trend-ə bildirilmişdi ki, İran Prezidenti Məsud Pezeşkian aprel ayında Azərbaycana dövlət səfərinə gələcək. Səfər çərçivəsində Azərbaycan-İran biznes-forumunun keçiriləcəyi, bir sıra sənədlərin imzalanmasının nəzərdə tutulduğu qeyd edilmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar