Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Fransadan bu addımlara son qoymağı tələb edirik - XİN

Tarix: 15-04-2025 09:38     Baxış: 3105 A- / A+

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymağı tələb edirik.
Manevr.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
"Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Fransanın Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd edir və pisləyirik. Fransanın siyasətindəki ikili yanaşma - sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar - narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur. Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu xarici işlər naziri Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir", - deyə o bildirib.
Bundan əlavə, A.Hacızadə qeyd edib ki, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistanın Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk Qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir.
"Bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır. Fransanın bu cür müdaxiləsi cinayətkarları qorumaqla, cəzasızlığın davamıma xidmət edir. Fransa regional işlərimizə qarışmaq əvəzinə, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir. Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb. Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma "sivilizasiya missiyası"nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir. Sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymağı Fransadan tələb edirik", - deyə o əlavə edib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar