Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək

Tarix: 07-04-2025 11:28     Baxış: 3121 A- / A+
Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək
Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
Manevr.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunub.
Sənədə əsasən, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.
Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də yer alıb.
Bununla bərabər, Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov Fərid İlham oğlu və Sarıyev Xəyal Əjdər oğlunun Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.
Təklifə əsasən, Muxtarov Kamran Nüsrət oğlu (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub), Məmmədov Elçin Qüdrət oğlu (Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub) Sumqayıt Apellyasiya Məhkəməsinə təyin edilməsi müzakirə olunub.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar