Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tağı Tağızadəyə yüksək vəzifə verildi - FOTO

Tarix: 04-04-2025 11:11     Baxış: 4118 A- / A+

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni yaradılmış "N-Telekom" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Manevr.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Tağı Tağızadə təyin edilib. T.Tağızadə bundan əvvəl "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Tağı Tağızadə Türkiyə Respublikasının Yıldız Texniki Universitetində Elektronika və Kommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb, İrlandiya Respublikasının Dublin Universitet Akademiyasında Rəqəmsal Transformasiya İdarəçiliyi üzrə peşəkar sertifikat proqramını uğurla tamamlayıb.
20 ilə yaxın iş təcrübəsinə malik T.Tağızadə telekommunikasiya sahəsində, xüsusilə 5G texnologiyaları və rəqəmsal həllər üzrə geniş beynəlxalq təcrübəyə malikdir və bir sıra xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışmışdır.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni yaradılmış "N-Telekom" publik hüquqi şəxs informasiya kommunikasiya texnologiyaları, rəqəmsallaşma, data mərkəzləri, internet, rəqəmsal TV xidmətləri və rabitə (telekommunikasiya) sahəsində fəaliyyət göstərən eyni zamanda muxtar respublikanın İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi və rayon (şəhər) rabitə idarələrini özündə birləşdirən publik hüquqi şəxsdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar