Xəbər lenti
1918-ci ilin mart ayında baş verən bu faciə Azərbaycan xalqına qarşı törədilmiş sistemli soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur

Manevr.az xəbər verir ki, bu fikirlər Beynəlxalq Diaspor Mərkəzinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mətbuata açıqlamasındandır.
Beynəlxalq Diaspor Mərkəzi Mətbuat xidməti bildirir ki, "1918-ci ilin mart ayında baş verən bu faciə Azərbaycan xalqına qarşı törədilmiş sistemli soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə minlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilmiş, kəndlər yandırılmış, tarixi-mədəni irsimiz məhv edilmişdir. Xüsusilə, Quba bölgəsində aşkarlanan kütləvi məzarlıqlar erməni vandalizminin miqyasını və vəhşiliyini açıq şəkildə sübut edir. Beynəlxalq Diaspor Mərkəzi olaraq, biz bu tarixi faciənin unudulmaması, soyqırımı həqiqətlərinin beynəlxalq səviyyədə tanınması və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu məqsədlə, hər il müxtəlif tədbirlər həyata keçirir, beynəlxalq təşkilatlar və xarici ölkələrdəki diaspor nümayəndələrimiz vasitəsilə Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Quba Soyqırımı Memorial Kompleksinə ediləcək ziyarət çərçivəsində BDM üzvləri və gənclər qurbanların xatirəsinə ehtiram göstərəcək, faciənin şahidi olan memorial abidə önündə anım tədbiri keçirəcək və soyqırımı faktlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıracaqdır. Biz inanırıq ki, tarixi həqiqətlərin unudulmaması və gələcək nəsillərə ötürülməsi xalqımızın mənəvi borcudur. Beynəlxalq Diaspor Mərkəzi olaraq, 31 Mart Soyqırımı Günü ilə bağlı fəaliyyətlərimizi genişləndirərək, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmağa davam edəcəyik", açıqlamada vurğulanır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar