Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

İmamoğlunun həbsi nə deməkdir? – Moskvadan sensasion baxış

Tarix: 20-03-2025 17:16     Baxış: 3108 A- / A+


İstanbul meri Əkrəm İmamoğlunun həbsi Rusiyada fəaliyyəti qadağan olunan və ekstremist elan edilən Aleksey Navalnının həbsi ilə müqayisə edilir. Baxmayaraq ki, bu, tamamilə yanlışdır.
Manevr.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı jurnalist, şərhçi Maksim Şevçenko deyib.
“Türkiyə üçün miqyası və nəticələri baxımından İmamoğlunun həbsini (daxili və xarici siyasətdə mümkün dəyişiklik, iqtisadiyyatın strateji paketlərinin yenidən bölüşdürülməsi, parlamentdə siyasi kürsünün yenidən ələ keçirilməsi, dövlətlə medianın əhəmiyyətli təbəqəsi arasında açıq müharibə, təhlükəsizlik qüvvələrinin siyasi müstəvidə rolunun artması və s.) yalnız Rusiyada siyasi mühacir Mixail Xodorkovskinin həbsi ilə müqayisə etmək olar. Məhz Xodorkovski 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Rusiyada qlobalist layihənin əsas oyunçusu olmuşdu, Putinə, Patruşevə və bütün sahələrdə avtoritar idarəetmə ilə “suveren demokratiyaya” gedənlərin hamısına qarşı çıxırdı.
O, enerji resursunun əhəmiyyətli bir hissəsinə nəzarət, Dövlət Dumasının əsas fraksiyalarını idarə edirdi, qubernatorları və merləri təyin edirdi və media sahəsini formalaşdırırdı. Bundan başqa, Xodorkovski strateji hərbi potensialla bağlı şəxsi danışıqlar aparır və özünü prezident kimi görürdü. Onun həbsi ölkənin idarəedici elitasını parçalayan şok zərbə oldu. Əslində, məhz onun həbsi “putinizm” dövrünün başlanğıcını qoydu. Xodorkovski Qərb üçün mühüm fiqur idi və elə də qalır, həbsdən erkən azad edildikdən sonra onu Berlin hava limanında şəxsən müasir Avropanın əsas mühəndislərindən biri, o dövrün ən qocaman və müdrik Avropa siyasətçisi, Almaniyanın keçmiş xarici işlər naziri (NATO-nun Şərqə genişlənməyəcəyini o, vəd etmişdi), mason və azad demokrat Hans Ditrix Genşer qarşıladı. Görəsən, İmamoğlu ilə kim görüşəcək?" - o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar