Yerli mediaya bildirir ki, Cümhuriyyət Xalq Partiyasının çağırışı ilə ölkənin dörd bir yanında protestlərə start verilib.
Məlumata görə, aksiyalar əsasən CHP-li bələdiyyə sədrlərinin olduğu böyük şəhərlərdə, o cümlədən Rize, Manisa, Sinop və s. yerlərdə keçirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbul prokurorluğunun qərarı ilə şəhər meri Əkrəm İmamoğlu saxlanılıb və evində axtarışlar aparılıb.

