Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

MM Nazirlər Kabinetinin hesabatını qəbul etdi

Tarix: 14-03-2025 16:41     Baxış: 4117 A- / A+

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı dinlənilib və müzakirə edilib.
Manevr.az xəbər verir ki, hesabat səsə qoyularaq qəbul edilib.
Hesabatda hökumətin 2024-cü ildə gördüyü işlər, ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı ən müxtəlif məsələlər öz əksini tapıb. Hesabata ötən ilki hesabatın Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələr barədə də ətraflı məlumat daxil edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artması, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılması və həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti haqqında hesabat verir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar