Xəbər lenti
Günay Əfəndiyeva “Türkün səsi” adlı konsert tədbirində çıxış edib -FOTOLAR

Manevr.az xəbər verir ki, tədbir çərçivəsində, həmçinin, Şüvəlan qəsəbə Mədəniyyət evinin rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında “Səma” rəqs ansamblının ifasında Türk Dünyası ölkələrinin, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstanın milli rəqsləri nümayiş olunub.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda birgə xatirə şəkilləri çəkilib.
Qeyd olunmalıdır ki, “Səma” uşaq rəqs ansamblında 4-18 yaş qrupunda ümumilikdə, 200-dən çox uşaq və yeniyetmə iştirak edir. Ansambl ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən tədbirlərdə uğurlu çıxışlar edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar