Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Günay Əfəndiyeva “Türkün səsi” adlı konsert tədbirində çıxış edib -FOTOLAR

Tarix: 11-03-2025 14:51     Baxış: 3111 A- / A+
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblının təqdimatında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında  “Türkün səsi” adlı konsert proqramı keçirilib.
Manevr.az xəbər verir ki, tədbir çərçivəsində, həmçinin, Şüvəlan qəsəbə Mədəniyyət evinin rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında “Səma” rəqs ansamblının ifasında Türk Dünyası ölkələrinin, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstanın milli rəqsləri nümayiş olunub.

Tədbirdə çıxış edən 14 saylı Xəzər - Pirallahı seçki dairəsi üzrə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva “Səma” rəqs ansamblı tərəfindən türk xalqlarının milli rəqslərinin ifa olunduğu tədbirin əhəmiyyətindən söz açaraq, bildirib: “Bu gün ansamblın üzvləri, bizim uşaqlarımız, öz Vətəninə, doğma Azərbaycanına olan sevgilərini nümayiş etdirdilər. Eyni zamanda onlar, böyük Türk Dünyasına məhəbbət və hörmətini ifadə etdilər. Bu da təsadüfi deyil. Çünki, türk xalqları arasında isti dostluq münasibətləri, türk dövlətlərinin başçıları arasında möhkəm qardaşlıq əlaqələri mövcuddur. Və bunlar hamısı, cənab Prezidentin dediyi kimi, nəhəng Türk Dünyası ailəsini təşkil edir”. 

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda birgə xatirə şəkilləri çəkilib.
Qeyd olunmalıdır ki, “Səma” uşaq rəqs ansamblında 4-18 yaş qrupunda ümumilikdə, 200-dən çox uşaq və yeniyetmə iştirak edir. Ansambl ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən tədbirlərdə uğurlu çıxışlar edir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar