Xəbər lenti
“Çeşmə” Ədəbi Məclisi fəaliyyətini bərpa etdi

Manevr.az xəbər verir ki, Bakıda yerləşən “Şahənşah” restoranında fəaliyyətə başlayan məclis "Bəzmigah" Ədəbi Təşkilatı ilə birlikdə ilk görüşünü keçirdi. Məclisə fəxri qonaq qismində dəvət olunan ustad qəzəlxanların - iki Divan müəllifi Gülarə Munis və Xəzər Yazıçılar Birliyinin üzvü Əşrəf Pirşağılının iştirakı məclisdə iştirak edən 14 nəfərdən ibarət digər şairlərin sevincinə səbəb oldu. Çıxış üçün ilk söz məclisin sədri Lilpar Cəmşidqızı tərəfindən şairə Gülarə Munisə verildi. Məclisin öz fəaliyyətini bərpa etməsi münasibətiylə təbriklərini bildirən şairə xanım sonra öz qəzəllərindən bir neçəsini iştirakçılara təqdim etdi. Qəzəlxan Əşrəf Pirşağılının da təbriklərini qəbul edən məclis iştirakçıları sonda ustadın böyük şövqlə söylədiyi qəzəlləri də maraqla dinlədilər. Sonra söz məclisdə iştirak edən digər şairlərə verildi. Şairlərdən Rüstəm Hacıyev, Elşad Xaqan Davudoğlu, Əliyar Mərdiyev, Mehdi Ağa, Azər Vahid, Ələkbər Qürub, Murad Mahir, Fuad Əziz, Xəzər Yazıçılar Birliyinin üzvü Araz Əfəndi və Əlhəm Dəşti ardıcıl olaraq öz qəzəllərini söylədilər. Sonra Sumqayıtdan olan şair Səadət Salmanqızı öz şeirlərini məclis iştirakçılarına təqdim etdi. Daha sonra “Çeşmə”Ədəbi Məclisinin sədri qəzəlxan Lilpar Cəmşidqızının söylədiyi bir neçə qəzəli məclis iştirakçıları məmnuniyyətlə dinlədilər. Görüşdə iştirak edən şairlər məclisin fəaliyəti üçün şərait yaratdığına görə “Şahənşah”
restoranının rəhbəri Rəşid Süleymanova təşəkkürlərini ünvanladılar. Maraqla keçən gözəl şeir məclisi sona çatdıqdan sonra yenidən ayda bir dəfə görüşmək ümidi ilə ayrıldılar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar