Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

AMEA bu elm adamlarına vəzifə verdi - TƏYİNATLAR

Tarix: 08-03-2025 15:26     Baxış: 4192 A- / A+
Elm adamlarına vəzifələr verildi - TƏYİNATLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında kadr məsələlərinə baxılıb.
Manevr.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun AMEA-nın Naxçıvan Bölməsi aparatının elmi katibi vəzifəsinə təyin edilib.

Eyni zamanda filologiya elmləri doktoru, dosent Kamil Adışirinovun isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.
Əlavə olaraq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin dissertantı Nəzrin Əliyevanın və Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin doktorantı Zərin Vəliyevanın Polşanın Byalistok Universitetində ixtisasartırma ezamiyyətinin yekunları haqqında qərarlar qəbul edilib.
Nəzrin Əliyeva Polşanın Byalistok Universitetində ixtisasartırma ezamiyyətinin yekunları barədə iclas iştirakçılarına məlumat verib. Həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Aliyə Adıgözəlova və kiçik elmi işçisi Arif Quliyev Türkiyə Cümhuriyyətinə ezam olunublar.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar