Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbi Prokurorluqda Beynəlxalq Qadınlar Günü qeyd olunub

Tarix: 07-03-2025 20:08     Baxış: 3226 A- / A+


Martın 7-də Hərbi Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Manevr.az xəbər verir ki, tədbirdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluğun kollektivində çalışan xanımları təbrik edərək, ən xoş arzularını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə qadınlara diqqət və qayğı artırılıb, bu siyasət dövlət səviyyəsində daha da möhkəmləndirilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də qadınlara dövlət səviyyəsində xüsusi dəyər verilir, gender bərabərliyi hər bir məqamda qorunur. Sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, xalqına sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının dövlətimizin əldə etdiyi uğurlara töhfələrini xüsusi vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev cəmiyyətimizdə və dövlətimizdə qadınların rolunun özünəməxsus və əvəzolunmaz olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər də Azərbaycan xanımlarının müxtəlif sahələrdə uğurlu fəaliyyətindən bəhs ediblər.
Sonra mükafatlandırma mərasimi keçirilib, xanım əməkdaşlara hədiyyələr təqdim olunub.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar