Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Səbinə Əliyeva Milli Məclisdə hesabat verdi

Tarix: 07-03-2025 12:13     Baxış: 3168 A- / A+
Ombudsman Milli Məclisdə hesabat verir
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Manevr.az xəbər verir ki, iclasda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi müzakirə olunur.
Hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edir.
Ombudsman bildirib ki, insanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə Ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlarına müraciətlər edilmiş, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülmüş, təklif və tövsiyələr verilib. 
“Əvvəlki illərdə olduğu kimi, sahibkarlıq subyektlərində işçilərin əmək hüquqlarının pozulması faktları üzrə araşdırmaların aparılmasında ciddi çətinliklər yaranmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas gətirilməklə bu qəbildən olan şikayətlərin araşdırılması demək olar ki, mümkün olmayıb.
Odur ki, həmin Qanuna əsasən, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına sahibkarlıq subyektləri tərəfindən insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının pozulması hallarında şikayətlərin araşdırılmasını birbaşa nəzərdə tutan dəyişikliklərin mümkün qısa zamanda edilməsi zəruridir.
İşəgötürənlər tərəfindən işaxtaran şəxslərin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi probleminə də diqqət artırılmalıdır”, - Ombudsman qeyd edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar