Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Naxçıvandan Bakıya onlayn bilet satışına başlanıldı

Tarix: 06-03-2025 21:44     Baxış: 3198 A- / A+


Naxçıvandan Bakıya onlayn bilet satışına başlanıldı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xidmətlərin elektronlaşdırılması istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə Naxçıvan-Bakı reysləri də əlavə edilib.
 
AYNA-dan bildirilib ki, bu gündən sərnişinlər Naxçıvandan Bakıya onlayn bilet ala bilərlər. İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvan şəhərləri təyin edilib.
 
Qeyd edək ki, Bakıdan Naxçıvana “biletim.az” portalı üzərindən onlayn bilet satışı 19 dekabr 2023-cü il tarixindən başlanılıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyata keçirilir. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 manat təşkil edir.
 
“Biletim.az” portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
 
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini "Əpl Stor" (App Store) və "Quql Pley"dən (Google Play) yükləmək mümkündür.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar