Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Şiddətli töhmətdən sonra onun da işinə son verildi

Tarix: 06-03-2025 20:11     Baxış: 3220 A- / A+
Şiddətli töhmətdən sonra onun da işinə son verildi
Dövlət Turizm Agentliyində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Manevr.az xəbər verir ki, Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən uzaqlaşdırılıb.
Bildirilir ki, sözügedən şöbə müdiri də Agentlikdə baş verən son qalmaqal fonunda işini itirib. Belə ki, Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.
Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. “Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, - iddialarda deyilir.
İddiaların yayılmasından sonra Agentliyin Aparat rəhbəri, əvvəllər “Transparency International”da çalışan Kənan Qasımov vəzifədən uzaqlaşdırılıb.
Qeyd edək ki, Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov da əvvəllər “Transparency International”da işləyib. O, “Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi” layihəsinin koordinatoru kimi fəaliyyət göstərib.modern.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar