Xəbər lenti
Azərbaycan və Türkiyə: Konstitusiya dəyərləri, suverenlik və hüququn aliliyi əsasında qardaşlıq münasibətləri

Azərbaycan və Türkiyənin qardaşlıq əlaqələri konstitusiya dəyərləri, suverenlik və hüququn aliliyi kimi əsas anlayışlarla sıx bağlıdır. Bu anlayışlar hər iki ölkənin siyasi və hüquqi sistemlərinin təməlini təşkil edir və onların münasibətlərini daha da gücləndirir.
1. Konstitusiya Hüququ
Konstitusiya hüququ, milli dövlətlərin və digər siyasi təşkilatların əsas qanunlarını tədqiq edən bir hüquq sahəsidir. Konstitusiyalar hökumətlər üçün çərçivə yaradır, siyasi institutların səlahiyyətlərini müəyyən edir və yeni qanunların yaradılmasına istiqamət verir.
2. Suverenlik Münasibətləri
Suverenlik, müəyyən bir ərazi üzərində qanunvericilik səlahiyyətinə malik olma və hüquq yaratma gücünü ifadə edir. Suverenlik dövlətin daxili və xarici məsələlərdə tam müstəqil qərar qəbul etməsini təmin edir. Azərbaycan və Türkiyənin 2025-ci ili bu mövzularda qeyd etməsi, konstitusiya sistemlərinin gücləndirilməsi və milli iradənin qorunması baxımından mühüm addımdır.
3. Azərbaycan-Türkiyə Siyasi Münasibətləri
• Azərbaycan, 30 avqust 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Türkiyə onu tanıyan ilk ölkə olmuşdur (9 noyabr 1991).
• 14 yanvar 1992-ci ildə diplomatik əlaqələr qurulmuş, Bakıdakı nümayəndəlik Səfirlik statusuna qaldırılmışdır.
• Türkiyənin Naxçıvan və Gəncədə, Azərbaycanın isə Ankara, İstanbul və Qarsda Baş Konsulluqları fəaliyyət göstərir.
• 2010-cu ildə Prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YSƏŞ)yaradılmışdır.
• 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldilmişdir.
• Şuşa Bəyannaməsi 2022-ci ildə hər iki ölkənin Parlamentləri tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib.
Azərbaycan və Türkiyə arasında üçtərəfli və dördtərəfli əməkdaşlıq mexanizmləri regionda sabitliyə, sülhə və inkişafa töhfə verir. Nahçıvan Muxtar Respublikası iki ölkə arasında tək quru bağlantısı olmaqla yanaşı, strateji əhəmiyyət daşıyır. Türkiyə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını, Qarabağda infrastrukturun bərpasını, regional nəqliyyat və ticarət yollarının inkişafını dəstəkləyir.
4. Azərbaycan və Türkiyədə Konstitusiya İnkişafı
• Türkiyə Konstitusiyası: 1921, 1924, 1961 və 1982-ci illərdə qəbul edilən konstitusiyalarla formalaşmışdır. 1982 Konstitusiyası bir neçə dəfə dəyişdirilmiş, 2017-ci il referendumundan sonra Prezidentlik İdarəetmə Sisteminə keçilmişdir.
• Azərbaycan Konstitusiyası: 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 1995-ci ildə yeni Konstitusiya qəbul olunmuşdur. Referendumlar yolu ilə dəyişikliklər edilmiş, demokratik islahatlar həyata keçirilmişdir.
5. Suverenlik Prinsipi və Dövlətlərarası Əməkdaşlıq
Suverenlik, dövlətlərin beynəlxalq hüquq çərçivəsində müstəqil qərar qəbul etməsi deməkdir. Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni əlaqələri onların müstəqilliklərini qorumaq və gücləndirmək istiqamətində əməkdaşlıq etməsinə zəmin yaradır. Bu çərçivədə:
• Qarabağ Zəfərindən sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi,
• Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarda ortaq təşəbbüsləri
• Türk Dövlətləri Təşkilatındakı əməkdaşlıq,
suverenlik prinsipinin qorunmasına dair əhəmiyyətli nümunələrdir.
6. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi Əhəmiyyəti
Bu ilin xüsusi olaraq elan edilməsi, iki ölkənin:
• Konstitusiya sistemlərinin inkişaf etdirilməsinə yönələn islahatları gücləndirəcəyini,
• Hüququn aliliyini və demokratik idarəetməni daha da möhkəmləndirəcəyini,
• Dövlət suverenliyinin qorunması və gücləndirilməsinə dair milli və beynəlxalq layihələr həyata keçirəcəyini göstərir.
Nəticə
Azərbaycan və Türkiyə ortaq konstitusiya dəyərləri və suverenlik prinsipi çərçivəsində vahid strateji baxışa malikdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, hər iki dövlətin hüquqi və siyasi sahədə əməkdaşlığını daha da dərinləşdirəcəyini və konstitusiya sistemlərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atacağını sübut edir.
Bu il ərzində konstitusiya hüququ üzrə elmi konfranslar, seminarlar və hüquqi islahatlara dair tədbirlərin keçirilməsi gözlənilir.
Cemre Akdeniz
Naxçıvan Dövlət Universitetinin
“Hüquqşünaslıq” ixtisasının tələbəsi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar