Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Moskvada Heydər Əliyevin abidəsi qoyulacaq - FOTO

Tarix: 04-03-2025 14:50     Baxış: 3154 A- / A+
 
Moskvada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsi qoyulacaq.
Xatirə lövhəsinin qoyulması mərasimində Moskva meri Sergey Sobyanin, Baş nazirin müavini Vitali Savelyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Baykal-Amur magistralının tikintisində iştirak edən əmək veteranları iştirak ediblər.
Abidə bu gün rəsmi mərasimin keçirildiyi Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı bağda yerləşəcək.
Xatirə lövhəsində yazılıb: "Burada ikiqat Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, SSRİ Nazirlər Sovetinin Baykal-Amur Magistralının tikintisi və istifadəsi üzrə komissiyasının sədri Heydər Əliyevin abidəsi qoyulacaq".
Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur Magistralının tikintisi və istifadəsi üzrə Komissiyanın sədri vəzifəsini tutub, bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. Moskvada abidənin qoyulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında Baykal-Amur Magistralının tikintisi və istifadəsindəki xidmətlərinin tanınmasını simvolizə edir.
Abidənin qoyulması təşəbbüsünü Heydər Əliyevin rəhbərliyi altında işləmiş Baykal-Amur Magistralının (BAM) tikintisində iştirak etmiş əmək veteranları irəli sürüb.report

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar