Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

2025-ci ilin ilk Ay tutulması bu tarixdə baş verəcək

Tarix: 04-03-2025 14:26     Baxış: 3152 A- / A+
2025-ci ilin ilk Ay tutulması bu tarixdə baş verəcək
Bu ilin ilk Ay tutulması martın 14-də baş verəcək və bu tam Ay tutulması olacaq.
Manevr.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma yerli vaxtla saat 09:09:33-də başlayıb, saat 12:47:48-də sona çatacaq.
Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tam tutulma isə saat 10:26:06-da başlayıb, saat 11:31:26-da sona çatacaq. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək.
Tam tutulma zamanı Ay 65 dəqiqə qırmızı-narıncı rəngdə görünəcək. Tam tutulma hadisəsi zamanı, xüsusilə tutulma üfüqdə baş verdikdə Günəş şüaları Ayın səthinə birbaşa deyil, Yer atmosferindən keçərək düşür.
Bu zaman qısa dalğalar (məsələn, mavi işıq) atmosferdə səpidiyi üçün Ay səthinə yalnız daha uzun dalğalar (məsələn, qırmızı işıq) çatır və ondan əks olunur. Ona görə də biz tutulma zamanı Ayı qırmızı-narıncı rəngdə görürük. Belə tutulmanı “Qanlı Ay” tutulması da adlandırırlar. Tutulma zamanı Ayın belə müxtəlif rənglərdə görünməyi Yer atmosferində nə qədər toz, su və digər hissəciklərin olduğundan asılıdır. Temperatur və rütubət də buna öz təsirini göstərir.
Bu nadir hadisə ən yaxşı Şimali və Cənubi Amerikada görünəcək. Ümumilikdə tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq (report).



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar