Xəbər lenti
Ədəbiyyat İnstitutunun əməkdaşı İraqda keçirilən konfranslarda iştirak edib -FOTOLAR

20 fevral 2025-ci il tarixində Telafərdə Avrasiya Regional Mərkəzi İslam Əməkdaşlıq Gənclər Forumu tərəfindən “Azərbaycan və İraq-türkman ədəbiyyatı” və “Azərbaycan dövlətçiliyi tarixində İraq türkmanlarının rolu” adlı beynəlxalq elmi konfrans keçirilib. Orxan İsayev bu konfransda “Azərbaycan – İraq-türkman ortaq ədəbi dəyərləri” adlı məruzə ilə çıxış edib. Azərbaycanlı alim hər il Telafərdə böyük təmtəraqla qeyd edilən Xıdır İlyas bayramında da iştirak edib. Fevralın 22-də Kərbəla şəhərində yerləşən Kərbəla Tədris və Araşdırmalar Mərkəzində “İraq türkmanları və azərbaycanlılar: ortaq mədəniyyət və tarixin səhifələri” adlı beynəlxalq konfrans təşkil edilib. Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayev bu konfransda “Azərbaycan və İraq-türkman elmi, ədəbi-mədəni əlaqələrin tarixi” adlı məruzə ilə çıxış edib. Konfranslar çərçivəsində türkman alimləri ilə fikir mübadilələri aparılıb, Azərbaycan və İraq türkmanları arasında əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində müəyyən addımların atılmasının vacibliyi vurğulanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar