Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsinin başlamasından üç il keçdi

Tarix: 24-02-2025 20:36     Baxış: 3160 A- / A+



Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından üç il keçir.
Manevr.az xatırladır ki, bu hərbi qarşıdurma Rusiya ilə Ukrayna arasında hələ 2014-cü ildə başlayan münaqişənin aktiv hərbi fazası hesab olunur.
Bildirək ki, Rusiya prezidenti 2022-ci ilin 22 fevralında Ukraynanın Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini tanıdığını bəyan edib.
2022-ci ilin 24 fevralında isə Rusiya Ukraynaya hərbi müdaxilə edib. Rusiya Prezidenti Vladimir Putin bunu "xüsusi hərbi əməliyyat" adı altında rəsmiləşdirib.
Müharibənin ilk günlərində Rusiya ordusu Belarus ərazisindən istifadə edərək Ukraynanın paytaxtı Kiyevə hücuma keçib, lakin bir müddət sonra döyüş meydanında uğursuzluqlar yaşamağa başlayıb. Rusiya qoşunları Kiyev, Sumı və Çerniqov vilayətlərinə çatsalar da, orada möhkəmlənə bilməyib, tezliklə həmin əraziləri tərk etməyə məcbur olublar.
Buna baxmayaraq, bir müddət sonra Rusiya Silahlı Qüvvələri Ukraynanın dörd vilayətinin - Donetsk, Luqansk, Xerson və Zaporojyenin ilhaqını elan edib. Lakin ilhaq edilmiş ərazilərin dəqiq xəritəsi yoxdur, çünki müharibə qarşılıqlı müxtəlif mövqe itkiləri ilə davam edir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə İkinci Dünya müharibəsi bitəndən sonra Avropa qitəsində ən böyük silahlı qarşıdurmadır. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar