Sizin Reklam Burada
Xəbər lenti
15-02-2025
14-02-2025
BÜTÜN XƏBƏRLƏR

Samir Nuriyev yeni sədri kollektivə təqdim edib - FOTOlar

Tarix: 14-02-2025 14:32     Baxış: 365 A- / A+

Fevralın 14-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Rüfət Mahmudu kollektivə təqdim edib.
Manevr.az xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1977-ci ildə xalqımızın qədim memarlıq irsini, paytaxtımızın tarixini və mədəniyyətini əks etdirən İçərişəhər kompleksinə tarix-memarlıq qoruğu statusunun verildiyini bildirib.
Qeyd edilib ki, İçərişəhər ilə bağlı məsələlər daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2005-ci il 10 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması həmin ərazidəki abidələrin, bütövlükdə kompleksin lazımi səviyyədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün mühüm qərar olub.
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini xatırladan Samir Nuriyev deyib ki, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən İçərişəhərin konservasiya üzrə Baş Planı hazırlanıb və 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib.
Prezident Administrasiyasının rəhbəri ötən dövr ərzində tarix-memarlıq abidələrinin qorunub saxlanması, onların öyrənilməsi, eləcə də turizm infrastrukturunun qurulması istiqamətində mühüm işlərin görüldüyünü, həyata keçirilən tədbirlərin ölkə rəhbərliyinin İçərişəhərə, ümumilikdə tariximizə, mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu istiqamətdə daha böyük əzmlə çalışacağına əmin olduğunu deyən Samir Nuriyev dövlətimizin başçısının tapşırıqlarını kollektivin diqqətinə çatdırıb, yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına işlərində uğurlar arzulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar