Sizin Reklam Burada
Xəbər lenti
10-02-2025
09-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gələcək zamanların insanı

Tarix: 09-02-2025 10:15     Baxış: 380 A- / A+
rafiq-eliyev-80-yasinda
                                                                 
 Böyük bir işin öhdəsindən gəlməyin yolu onu sevməkdir.
  Əgər bu yoxdursa, işə başlamağa tələsməyin.

                                                                                                                   

                                                                       Steve Jobs

Uzaqlara dikilən baxışların nə gördüyünü, nə danıdığını, ancaq sahibi bilir. Zamana odaqlanan o baxışlar səni xatirələrə, xəyallara aparır. Gətirən, aparan baxışlarda sən o məkandasan. Uşursan, qaçırsan, yeriyirsən. Anidən balacalaşırsan, böyüyürsən. Sevinirsən, kədərlənirsən. Baxışlar olanları, gördüklərini üzünə ötürür. Halın üzündən bəlli...
Rafiq müəlimin uzaqlara, çox uzaqlara baxan qəribə baxışı var. Dəyişən amplitudalı, ziqzaqlı baxışlarda nələrin olduğunu təyin etmək çətindir. Amma mənə elə gəlir ki, o uzaqlarda uşaqlıq, keçdiyi yollar, uğurlarla bərabər ağrılar-itkilər, görmək iştədiyi işlər, onların elmə və insana verəcəyi  töhfələr də var. Yoxsa, bu baxışlar üz ifadələrində bu qədər dəyişiklik yaratmazdı və zaman bu qədər uzanmazdı.
İnsanı özündən yaxşı heç kim tanımaz. Çünki yaşananlar, yaşantılar, çəkdikləri ancaq özünə bəllidi. Bir də Ona.
İnsan etdikləri ilə tanınır. 
Rafiq müəllim, adətən, kitablarından, yazı və müsahibələrindən, yetirmələrindən tanınır. (Dostları Rafiq müəllimi həm də maraqlı söhbətlərindən tanıyırlar.) 

                              “Təvazökarlıq insanın ləyaqətini və qiymətini artırır”.
                                                                               F.Laroşfuko

Dünya elminə yeni nəzəriyyələr verən, əsərləri dünyanın aparıcı universitetlərində tədris olunan, dünya elmi nəşrlərində ilk yerləri tutan Rafiq Əliyev bu qədər etdikləri qarşısında “Nə etmişəm ki, kitablar yazmışam, tələbələr, alimlər yetişdirmişəm. Bu mənim işimdi”, - deyir.
Bu böyük alimin sadəlikdən doğan təvazökarlığıdır.
Rafiq müəllim nələr etdiyini özü yaxşı bilir, amma bununla öyünmür. Bunu vətəndaş, insan, alim borcu sayır. 
Alimliklə (Rafiq müəllim özünə alim demir, elmlə məşğul oluram, - deyir) insanlığı bu səviyyədə özündə cəmləşdirmək böyük xoşbəxtlikdir.   
Hamıya mehriban, səmimi, gülərüz münasibət göstərən insanın sevilməsi də elə buna görədir. 
Dünyanın qeyri-səlis məntiqə keçdiyi bir zamanda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, nəinki, ali məktəblərində, orta və hətta bağçalarda da tədris olunan, keçilən qeyri-səlis məntiq, təəssüf ki, ölkəmizdə ancaq Rafiq müəllimin yaratdığı və rəhbərlik etdiyi “Biznesin idarə edilməsi” Proqramından başqa heç yerdə tədris olunmur. Bu təəssüf doğurur.
Başqalarının əl-əl gəzdiyi, hər anından yararlanmaq istədikləri, xaricdə ölkəmizdən daha çox tanınan və dəyər verilən alimimizdən özümüz lazımınca yararlanmırıq. 
Gərək zamana və zamanın insanlarına zamanında qiymət verilsin. Zamansa gözləmir...
Onu da qeyd edim ki, bu yaxınlarda professor Rafiq Əliyevin texnika üzrə fəlsəfə doktoru Rafiq R.Əliyev və özbək alimləri ilə birlikdə hazırladıqları „Süni intellekt” kitabı 4 dildə nəşr olunub və dünyanın aparıcı universitetlərində tədrisdə istifadə olunur.
Rafiq Əliyev, nəinki, elmin ən yeni sahəsi olan süni intellekt, qeyri-səlis məntiqin nəzəri, texnoloji və iqtisadi tərəfləri ilə  məşğul olur, o, həm də qeyri-səlis məntiqin humanitar elmlərə tətbiqi ilə bağlı araşdırmalar da aparır.
Son illər akademik Kamal Abdulla ilə birlikdə yazdıqları, alimlərin və ədəbiyyatşünasların diqqətini çəkən ”Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq”, “Qeyri-səlis məntiq və dil-nitq” kitabları Rafiq Əliyevin çoxtərəfliliyini göstərir. 
Bu günlərdə daha bir sevindirici xəbər aldıq. Rafiq Əliyevin Rafiq R.Əliyevlə birlikdə yazdıqları, çoxdan gözlədiyimiz “Qeyri-səlis məntiq” kitabı “Azərnəşr” tərəfindən çap olundu. Azərbaycan dilində yazılan bu ilk kitab qeyri-səlis məntiqin öyrənilməsi və tədqiqi üçün əvəzsiz töfhə olacaq. 
“Azərnəşr”in baş redaktoru, əziz dostumuz Əlövsət Ağalarova bu kitabın nəşrinə görə xüsusi təşəkkürümüzü bildiririk.
Elm nə qədər yenilənsə də, böyük MƏKTƏB yaratmış Rafiq Əliyev zamanların alimi olaraq qalacaq. 
200-ə ya¬xın fəlsəfə doktoru, 35 elm¬lər dok¬to¬ru ha¬zır¬la¬yan, ingiliscə kitablarını ingiliscə, almanca kitablarını almanca, rusca kitablarını rusca, azərbaycanca kitablarını çox sevdiyi doğma dilində yazan, dün¬ya¬nın müx¬tə¬lif öl¬kə¬lə¬rin¬də ke¬çi¬ri¬lən bey¬nəl¬xalq el¬mi konf¬rans¬la¬rın ya¬ra¬dı¬cı¬sı və səd¬ri olan (bu konfransların sayı 30-dan çoxdur), ömrünün bu yaşında da elmi araşdırmalar aparan, yeni kitablar yazan Rafiq Əliyevə can sağlığı və yeni naliyyətlər diləyirik.
Növbəti uğurunuz Lütfi Zadənin təklif etdiyi kimi Nobel mükafatı olsun, hamımızın sevimlisi, hər ilinə sevindiyimiz dəyərlil İnsan, böyük Alim, Rafiq Əliyev! 
Yeni yaşınız mübarək, zamanın seçdiyi İNSAN!

                                                                                   









Rəfail Tağızadə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar