Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq?

Tarix: 08-02-2025 13:15     Baxış: 4126 A- / A+

Xəbər verdiyimiz kimi, maliyyə naziri vəzifəsinə təyin olunmuş Sahil Babayev fevralın 7-də kollektivə təqdim olunub.

Manevr.az-ın məlumatına görə, yeni nazir Maliyyə Nazirliyinin Aparatında kollektivlə ilk iclasını keçirib.

Sahil Babayev hazırda Maliyyə Nazirliyində çalışan kadrlarla yola davam etmək istədiyini bildirib. O, köhnə komandadan işinə məsuliyyətlə yanaşan heç kimin vəzifədən azad edilməyəcəyinə söz verib. Yeni nazir işə can yandırmayanlarla yolları ayırmalı olacaqlarını da qeyd edib.

Xatırladaq ki, Sahil Babayev fevralın 6-da əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək, maliyyə naziri postuna təyin olunub.

Maliyyə Nazirliyindəki hazırkı heyət keçmiş maliyyə naziri Samir Şərifovun vaxtında formalaşıb. Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad olunub və Baş nazirinin müavini təyin edilib.modern.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar