Xəbər lenti
Azərbaycanlı iş adamlarının pullarını saxladıqları 3 bank
Azərbaycanda fəaliyyət göstərən banklarda hüquqi şəxslərinin depozitlərinin həcmi 23 milyard 397 milyon manat təşkil edib.
Bu, 2023-cü illə müqayisədə 6,5% və ya 1 milyard 430 milyon manat çoxdur. 2023-cü ildə hüquqi şəxslərin depozitlərinin həcmi 21 milyard 967 min manat təşkil edib.
2024-cü ildə "Azərbaycan Beynəlxalq Bankı”nda (ABB) hüquqi şəxslərin depozitlərinin həcmi 7 milyard 260 milyon 144 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 0,2% və ya 18 milyon 152 min manat çoxdur. Ölkədə hüquqi şəxslərin depozitlərinin 31%-i ABB-də cəmləşib. 2023-cü ildə bankda hüquqi şəxslərin depozitlərin həcmi 7 milyard 241 milyon 992 min manat təşkil edib.
"Kapital Bank”da 2024-cü ildə hüquqi şəxslərin depozitlərin həcmi 6 milyard 384 milyon 144 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 44,6% və ya 1 milyard 968 milyon 729 min manat çoxdur. Ölkədə hüquqi şəxslərin depozitlərinin 27,2%-i "Kapital Bank”da cəmlənib. 2023-cü ildə bankda hüquqi şəxslərin depozitlərin dəyəri 4 milyard 415 milyon 415 min manat təşkil edib.
"Paşa Bank”da hüquqi şəxslərin depozitlərin həcmi 4 milyard 521 milyon 648 min manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 14,7% və ya 779 milyon 596 min manat fərqdir. Ölkədə hüquqi şəxslərin depozitlərinin 19,3%-i "Paşa Bank”ın payına düşüb. 2023-cü ildə "Paşa Bank”da hüquqi şəxslərin depozitlərin həcmi 5 milyard 301 milyon 244 min manat olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























