Sizin Reklam Burada
Xəbər lenti
15-11-2026
14-11-2026
BÜTÜN XƏBƏRLƏR

İllərə sığmayan fədakarlıq: İki müəllimin 84 illik şərəfli ömür yolu

Tarix: 15-11-2026 14:41     Baxış: 3243 A- / A+

Təhsil yalnız dərsliklərdən ibarət proses deyil; o, bütöv bir ömrü gələcək nəsillərin yetişməsinə həsr etməkdir. Azərbaycan təhsilinə illərini, enerjisini və sevgisini bəxş etmiş Robert və Ellada müəllimlərin həyat yolu əsl ziyalılıq nümunəsidir. Biri 40 il, digəri isə 44 il şagirdlərin təlim-tərbiyəsinin keşiyində duran bu iki pedaqoq təqaüdə yola salınarkən məktəbin sosial şəbəkə səhifəsində paylaşılan təsirli mərasim görüntüləri izləyiciləri duyğulandırıb, böyük rəğbətlə qarşılanıb. Ağsu rayon İcra başçısının fəxri fərmanı ilə təltif olunmaları isə onların uzunillik zəhmətinə verilən dövlət və ictimai dəyərin bariz göstəricisidir.

“Əvvəl müəllim olmaq, sonra sinfə girmək lazımdır”

Hər iki pedaqoq hesab edir ki, müəllimlik sadəcə peşə deyil, yüksək mədəniyyət və daxili hazırlıq tələb edən müqəddəs bir missiyadır. Gələcəkdə müəllim olmaq istəyən gənclərə tövsiyələrini bölüşən Robert müəllim bu sənətə sevgi ilə yanaşmağın vacibliyini vurğulayır: "Mən onlara məsləhət görərdim ki, sevmədikləri peşəni seçməsinlər. Yaxşı müəllim olmaq üçün yüksək mədəniyyət olmalıdır. Müəllim olmaq hər kəsə nəsib olmur. Nəsib olubsa, onun qədrini bilməlisən."

Ellada müəllim isə peşəkarlığın sinfi idarəetmə bacarığından başladığını diqqətə çatdırır: "Mən belə deyərdim ki, əvvəl müəllim olmaq lazımdır, sonra sinfə girmək lazımdır. İndiki bəzi gənc müəllimlər sinfi ram edə bilmirlər."

5-ci sinifdən başlanan arzu və dəyişməyən seçim

Yenidən dünyaya gəlsəydilər, yenə bu peşəni seçərdilərmi? Hər iki müəllimin cavabı qəti və tərəddüdsüzdür: bəli. Atasının yolundan ilhamlanaraq müəllimlik sənətini seçən Ellada müəllim bu peşəni həyatının mənası sayır. Robert müəllimin müəllimlik eşqi isə hələ məktəb illərindən qaynaqlanır: "Hələ 5-ci sinifdə oxuyurdum. Sinif rəhbərimiz Murad müəllim hamıdan soruşardı: 'Böyüyəndə kim olacaqsınız?' Mən deyərdim ki, müəllim olacağam. Özümü müəllimlikdən başqa bir peşədə görmürəm."

Ən böyük həyat dərsi: Seçdiyin peşədə mükəmməl olmaq

Keçmiş şagirdlərinə ötürmək istədikləri ən mühüm həyat dərsinə gəlincə, Robert müəllim onların istər ailədə, istərsə də iş həyatında sayılıb-seçilən, cəmiyyətə faydalı insanlar olmalarını arzulayır. Ellada müəllim isə insanın dəyərinin diplomla deyil, xarakter və peşəkarlıqla ölçüldüyünü xatırladır: "Təbii ki, sinifdə olan 20 şagirdin hamısı ali təhsilli ola bilməz. Mən onlara deyərdim ki, fərqi yoxdur: müəllim ol, dərzi ol, fəhlə ol. Yetər ki, mükəmməl bir insan ol. Seçdiyiniz peşədə mükəmməl olun."

Müəllim üçün dünyaya bərabər olan bir “təşəkkür”

İllərin zəhməti bu gün yetişdirdikləri şagirdlərin uğurlarında öz bəhrəsini verir. Robert müəllim cəmiyyətdə tanınan və uğur qazanan yetirmələri — Valehov Sənan, Ağaliyev Əliqulu, Valehov Müşfiq, Abdulxalıqova Pərvanə və digərləri ilə fəxr etdiyini deyir. Onun üçün ən böyük sevinc isə öz ixtisasını davam etdirən şagirdi İbrahimin nailiyyətləridir. Ellada müəllim də övladları da daxil olmaqla, hər il məzun etdiyi şagirdlərin cəmiyyətdə yüksək mövqelər tutmasından qürur duyur.

İllər sonra bir şagirdin yaxınlaşıb "Təşəkkür edirəm, müəllim" deməsi onlar üçün bütün mükafatlardan üstündür. Robert müəllim bu sözləri şagirdinin həyatda layiqli yer tutmasında öz payının olması kimi dəyərləndirirsə, Ellada müəllim bu hissi belə ifadə edir: "Bir şagirdim mənə yazıb bildirəndə ki, 'Müəllim, siz mənim üçün həmişə ideal müəllim olmusunuz', elə bil dünyanı mənə bağışlayırlar."

3 oğul övladı və 7 nəvə sahibi olan Robert və Ellada müəllimlər həm nümunəvi ailə başçıları, həm də yüzlərlə gəncin yoluna işıq tutan fədakar pedaqoqlar kimi yaddaşlarda iz qoyublar. Dəyərli müəllimlərimizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq!


Ülviyyə Namiqqızı
AJB üzvü
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar