Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
BÜTÜN XƏBƏRLƏR

Elnarə Akimovanın “Müsahibə qəzası”...

Tarix: 27-12-2025 12:49     Baxış: 364 A- / A+
Emil Rasimoğlu
şair-publisist


Bugünlərdə tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova (modern.az-a) müsahibəsinin bir yerində QAYIDIR Kİ,
“Bu gün tənqidin esse janrı daha funksionaldır. Yaxşı tənqidçi təfəkkürə malik şəxslər var, amma tənqid ədəbiyyatımızın kollektiv zəkası kimi üzdə deyil. Bir məqamı da qeyd edim, bu gün ədəbi tənqiddə yeni imzalara az halda təsadüf olunur. Gənclər, demək olar ki, artıq bu sahəyə axın etmirlər. Əlbəttə, tənqidçi olmaq çətindir, cari ədəbi prosesi oxuyub, izləmək, dəyərləndirmək çətin prosesdir.”

ƏVVƏLA, onu deyim ki, hazırkı çağımızda tənqidin esse janrının daha funksional olmasından söz açarkan səbəbi də göstərmək lazımdır, hörmətli Akimova!... Niyə məhz tənqidin esse janrı bugün daha funksionaldır? Səbəb nədir?

Bugün bu mühitdə tənqidin esse janrının daha funksional olmasına səbəb ədəbi tənqidlə (təhlillə), ədəbiyyatşünaslıqla məşğul olanların daha kreativ olması YOX(!), mövcud tənqidçilərin, ədəbiyyatşünasların ƏDƏBİ HƏQİQƏTLƏRdən, sənətin mahiyyəti üzrə çıxışetmə tərzindən yayınması, uzaq olmasıdır. Məhz real səbəb də budur... Mətn həqiqətləri, mətn xüsusiyyətləri prizmasından çıxış edə bilmirlər (və ya çıxış etmək istəmirlər), bu zaman başlayırlar essevari “metodla” necə deyərlər, baş qatmağa. Sanki “plan” doldururlar...

İndisə gələk məsələnin digər tərəfinə, ay gözəlim məmləkətin Elnarə Akimovası... Bəs yaxşı, guya bir tənqidçi (təhlilçi), ədəbiyyatşünas olaraq bu illər ərzində sizlər (Tehran Əlişanoğlular, Elnarə Akimovalar, Cavanşir Yusiflilər, Rüstəm Kamallar, Əsəd Cahangirlər, Vaqif Yusiflilər və.s...) nələr edə bildiniz ki? Yalnız (və yalnız!) gerçək (bozluqdan kənar!) ƏDƏBİYYATın özülünə, energetik — idraki sferasına, qatına, gerçək mahiyyətinə söykənən fundamental, bütöv bir TƏNQİD (TƏHLİL) MODELİ ortaya qoydunuzmu?

SƏNƏTin “mutasiyaya” uğramış (uğradılmış!) halına söykənən,.. tərkibcə ədəbi düşüncə tərzinin ibtidai mərhələsini tərk etməyən,.. gerçək ədəbi meyarların inkarından və irrasionalizmdən yoğrulan... TRAFARET YAZI VƏRDİŞLƏRİnizdən, eyni zamanda düşüncənin psixoloji təzimetmə manerasından qaynaqlanan, “boz ədəbiyyat”ın konservatizmliyini ifadə edən, qeyri - peşəkar təhlil mexanizmindən qopa bildinizmi?

ƏLBƏTTƏ Kİ, YOX!..

Bir qrupunuz ümumiyyətlə təfəkkür olaraq kütləviləşmiş qatı aşa bilmədi. Yəni, məişət təsəvvür mexanizmindən, ədəbi məsələlərə kütlə psixologiyası ilə yanaşma “adətindən” çıxa bilməyib, gerçək YARADICILIQ PROSESİnin fəlsəfi — energetik — idraki qatına çatmaq gücünü özündə tapmadı. 

Bir qrupunuz öz fundamental idraki potensialını müəyyən “maraqlar”ın xroniki əsirinə çevirib, ədəbi prinsiplərə xəyanət etdi...

Bir qrupunuz sənət meyarlarını bir kənara qoyub, eləcə yanaşdığı bədii məhsulun müəllifi qarşısında psixoloji itaətkarlıq sindiromu yaşamaq və o itaətkarlıq sindiromundan doğan “ədəbi fanatizmlik” göstərdi...

Digər bir qrupunuz isə ədəbi tənqiddə (təhlildə) “universallıq” göstərib, yuxarıda sadaldığım bütün “situasiyaları” qələminin fonunda ifadə etdi.

... VƏ NƏHAYƏT, sizlər müasir ədəbi prosesi “travmatik hal”a gətirən, “qəzalı vəziyyət”ə salan imzalarsınız. İlin - günün bu çağında daha SÖZ də tapmırsınız danışmağa, yazmağa...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar