Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Eldar İsmayıloğlu: “Ovcunu bircə payızla dəfn eləmə...”

Tarix: 26-12-2025 22:25     Baxış: 3220 A- / A+
Eldar İsmayıloğlu

***
Bəlkə də bir gün 
bütün rənglər 
içlərini tökəcək gözlərinin ağına,
ovcunu bircə payızla dəfn eləmə,
sənin yolların 
yuxularından gödəkdir axı...

Dərdli suların dodaqlarına da sürt 
öz külündən,
qoy rəngsiz balıqlar
tələsməsinlər Tanrının ölmünə,
səhər açıla bilər...

And olsun sahilsiz dənizlərə,
əslində,
hər qadın keçmişidir ömür...

Heç bildinmi,
bulanıq sularda üzən işıqlar  
yorulmuş ayaqlarda gizlənər...

Eşidirsənmi, sevdalım,
ovcunu bircə payızla dəfn eləmə,
səhər açıla bilər...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar