Xəbər lenti
"Məhsəti Gəncəvi bir nəfərdirmi, yoxsa..." - Elşən Əzimin fikrincə...

Elşən Əzim
pedaqoq
Məhsəti Gəncəvi bir nəfərdirmi, yoxsa eyni təxəllüslə rübai yazan 40-a yaxin qadinin ümumiləşdilmiş obrazidirmi?
Məhsəti Gəncəvi haqqında müzakirələrə mən də geniş münasibət bildirmək istəyirdim, ancaq Firudin Qurbansoyun müsahibəsində demək istədiklərimin hamısı yer alıb.
Qədirşünas xalqımızın adını belə bilmədiyi, Məhsəti təxəllüsü ilə rübailər yazan xanımı “ulu nənəmiz ” mərtəbəsinə qaldırdığı bir zamanda çox da təhlükəli sözlər danışmaq istəmirəm.
Onu qeyd edim ki, Məhsəti haqqındakı bütün yazılı mənbələr “Məhsəti və Əmir Əhməd ” dastanına və xalq arasında yayılmış rəvayətlərə əsaslanır. Yəni, “ulu nənəmiz”in öz dövründə onun həyatı, şəxsiyyəti haqqında heç bir yazılı mənbə yoxdur.
Xalq arasında dolaşan söz-söhbətlərdə isə Məhsətinin, yumşaq desək, dövrün qaydalarına uyğun olmayan həyat tərzi keçirdiyi görünməkdədir. Hətta Məhsətinin Gəncə doğumlu olmadığı, Mərkəzi Asiyanın Bəlx şəhərində doğulduğu, 20 yaşında Gəncəyə köçdüyü ehtimalı da var. Gəncədə Xərabət məhəlləsində yaşayıb, gənc qızları başına yığaraq onlara musiqi və poeziya öyrədib, şənlik məclisləri qurub. Bu məclislərə kişilər də maraq göstərib və s. Və i. a (ardını demirəm)
Gələk başlıqda göstərdiyim mətləbə. (Qeyd edim ki, bu ehtimal az adama bəllidir) Bir ehtimal da var ki, Orta Asiyadan gələn Mənicə adlı qızın başına yığışan, məclislər quran qadınların hamısı “Mah səti” (ay xanım) təxəllüsü ilə şeirlər yazıblar. Elə Mənicə özü də bu təxəllüslə yazıb. Ona görə də bu rübailərin bir müəllifə aid olmadığını düşünənlər də var. Qeyd edim ki, bu ehtimalı professor Xəlil Yusiflidən eşitmişəm. Xəlil müəllim əlavə edirdi ki, bu ehtimal həqiqətdən çox uzaqdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































