Sizin Reklam Burada
Xəbər lenti
02-12-2025
01-12-2025
BÜTÜN XƏBƏRLƏR

"Gözləri dörd olan cığırı unutmalıyam..." - Fəridə ƏFRUZ

Tarix: 02-12-2025 20:16     Baxış: 350 A- / A+
Fəridə ƏFRUZ,
şairə, tərcüməçi
Özbəkistan Respublikasının Əməkdar mədəniyyət işçisi,
Özbəkistan Yazarlar Birliyi sədrinin müavini.


Səni unutmağım üçün

Səni unutmağım üçün
Gözümü unutmalıyam,
Sözümü, özümü unutmalıyam.
Çayın kənarında dayanmamalı,
Dalğaları gözləməməli,
Ayı qucaqlamamalıyam...

Unutsam,
Baharda çiçəyi,
Yayda yağışı,
Payızda xəzəli,
Qışda qarı,
Qar üstündə 
basılmış izləri unutmalıyam...

Səni unutmağım üçün
Saçlarımı oxşayan küləyi,
Dodaqlara toxunan barmağı,
Gözləri dörd olan cığırı unutmalıyam...

Unutsam,
İtdən vəfanı,
Bülbüldən nəvanı,
Ağrını, titrəyişi, iniltini,
Cəfanı unutmalıyam...

Səni unutmağım üçün
Zülmü, zalımı,
Zənciri unutmalıyam.
Sinəmə sancılan xəncəri ,
Həsrəti unutmalıyam.

Unutsam,
Üsyanı, imkanı,
Qulluğu,
Göydə ay kimi tənliyi unutmalıyam...

***
Günlər də əziz  nemət, 
Qar əriyib bitməkdə. 
Gəlsə bahar – əmanət, 
Keçsə ömür – getməkdə ,
Gəl, ey mənim mənsizim.
 
Səbir alma çiçəklər, 
Pişsə, dilini yarar. 
Daş qəlbə yol tapınca, 
Alınlar da qanayar,
Gəl, ey mənim mənsizim.
 
Bu necə qərib bazar, 
Bağlıdı yolum yox. 
Ağlayarsam  çıxar can,
Çağırmaya dilim yox ,
 Gəl, ey mənim mənsizim.
 
Hər sübh yenə çiçək açar, 
Şimşək vurmuş xatirəm. 
Adı var, özü yoxdur, 
Nağıldakı bahadırım, 
Gəl, ey mənim mənsizim.
 
Dünya özü su çarxı,
Tanısa, özündən donar da. 
Səni verib Xudayım, 
Alsa, canım alar da .
Gəl, ey mənim mənsizim.

Tərcümə:Cahangir NAMAZOV

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar