Sizin Reklam Burada
Xəbər lenti
15-11-2025
14-11-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış özbək şairəsi Fəridə Əfruzun "qəlb telefonu"

Tarix: 15-11-2025 21:27     Baxış: 339 A- / A+
                                       Fəridə Əfruz, Cahangir Namazov

Texnologiya və sürət əsrində yaşayırıq. Bu günün insanını elm-fan, sənət və mədəniyyət yeniliklərindən daha çox, yeni model avtomobillər, xüsusilə də trendə çevrilmiş "iPhone 17" markalı smartfonlar cəlb edir.
İctimai yerlərdə və nəqliyyatda gənclərin söhbətlərinə qeyri-ixtiyari qulaq asmalı oluram: onların əksəriyyəti ancaq texniki yeniliklərdən danışır:
“iPhone 17 almısan?”
“Mən iPhone 15 satıb, yenisini alacam…”
Doğrusunu desəm, həm internetdə, həm də real həyatda "iPhone 17" müzakirəsindən o qədər yoruldum ki…
Sosial şəbəkələrdəki mənasız-mahiyyətsiz kontentlər, səviyyəsiz reklamlar… İnsanların çoxu internetin caynağına ilişib qaldığı bir zamanda, ədəbiyyatda yenilik yaratmaq, hətta yenilik olsa belə onu “partlayış” səviyyəsində təqdim etmək son dərəcə çətin və mürəkkəbdir.
Məhz belə bir zamanda Özbəkistan Respublikasının Əməkdar Mədəniyyət Xadimi, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, tanınmış şairə, yazıçı, dramaturq və tərcüməçi Fəridə Əfruz özbək ədəbiyyatında yeni “təsbeh janrı”nı yaradaraq özünün yüksək istedadını parlaq şəkildə nümayiş etdirdi.
Sevimli şairəmizin fərqli format və özünəməxsus dizaynda “İjod nashr” nəşriyyatında hazırlanıb, İstanbulda “Mega Basım”da 10 000 tirajla çap olunan “Şüur” kitabı üç misradan ibarət kiçik şeirlərdən — poetik miniatürlərdən ibarətdir.

Hər üçlükdə həyəcan, heyrət və isti duyğular böyük dərinliklə cəmlənib, 143 təsbeh halında təkrarolunmaz ruhla oxucuya təqdim olunmuşdur.
İnsanların çoxu "iPhone 17" ilə məşğul olduğu bir zamanda, Fəridə Əfruz isə “qəlb telefonu”nu yaratdı.
Bu üçlüklər qısa olsa da, öz içində bir aləm məna saxlayır; bədii qüdrəti, fikir sehri və ruhi manifesti ilə oxucu qəlbinə dərin təsir göstərir.
Hər üç misranın sözü — sadəcə söz deyil, ruhi mənzil, fəlsəfə və həyat dramının sərmayəsidir.
Bu üçlüklər Şərq və Qərb fəlsəfəsinin, modern və klassikanın, təsəvvüf və psixologiyanın ahəngdar və bənzərsiz birləşməsidir.
Şairə bu miniatürlərdə insan qəlbinin daxili sükutunu, həyat sınaqlarını, ruhi axtarışları və duyğuları möhtəşəm bir harmoniyada təsvir edir.

“Sən mənə heç dost ola bilməzsən,
De görüm, nə vaxt hansı qarışqa
Filin yükünü qaldıra bilib?”


Səhrada qum təpələrini keçib, yorulmuş, gücdən düşmüş bir yolçunu təsəvvür edin.
Həyatdan ümidi kəsilərkən birdən ucalan yaşıl bir ağacı, onun kölgəsində günəş işığında parıldayan bir bulağı görsə, nə hiss edər?
Əlbəttə, təkcə susuzluğu yatışmaz, həm də yaşamağa olan ümidi yenidən oyanar.
Elə şairənin üçlüklərini oxuyan müxlis də həm qəlb susuzluğunu yatırır, həm də həyatın mənasını daha dərindən dərk etməyə başlayır.
Bu üçlükdə “dost” deyilən kəs — əsl dost yox, sadəcə adı dost olub, yük qaldırmağa gücü çatmayan, ağır gündə arxada qalan bir insandır. Necə ki qarışqa fil yükünü qaldıra bilməz, elə o “dost” da dostluğun məsuliyyət yükünü qaldıra bilmir.

"Yatan kişinin başında
Oxuyan bülbül —
Bəxti qara qadın."


Bu üçlük böyük bir əsərin ruhuna bərabərdir.
Ailə — cəmiyyətin kiçik modeli.
Bəxt də, bədbəxtlik də burada yetişir.
Burada isə əksinədir.
Kişi — laqeyd, qadının acısını duymayan, onun səsini eşitməyən biridir.
Qadın isə bülbülə bənzədilir — gözəl, nəğməsi zərif… amma bəxti qara.
Çünki onun həyat yoldaşı onu dinləməmiş, anlamağa çalışmamış, onunla xoş gün qurmaq üçün səylə davranmamışdır.

"Bir ovuc suyam əlinin içində,
Səpsən...
Dalğayam…" 


Burada su ruhun timsalıdır.
Əldə saxlanan su insanın qəlbini ehtiyatla qorumaq, dəyərləndirmək istəyidir.
Əgər qiymət verilməzsə, su tökülər, amma yox olmaz: əksinə, böyük dalğaya çevrilər.
Bu dalğa ruhi oyanış, ağrıdan doğulan mənəvi gücdür.

"Bir zamanlar çörəyə növbə tutardıq,
Suya, dənə, hər nəyə…
İndi isə dəyərə?”


Bu üçlük cəmiyyətin ən böyük faciəsini açır:
İnsanlar indi çörək üçün yox, qıymət üçün növbə gözləyir.
Bu  “Şüur” kitabının əsas ruhudur: insanın iç dəyərini anlamaq.

“Rüşvətlə mübarizə —
Küləyə qarşı
mübarizə kimidir…”


Bu da görünməz bir gücə qarşı tək dayanmağın acı həqiqətidir.

“Köhnə bir kəndin
Köhnə komasında
Doğular yeni bir dahı.”


Dahilik saraylarda yox, sadə komalarda, saf ruhda doğulur.
Sadalıq böyük istedadın beşiyidir.

Bu üçlüklər də, “Şüur”un ruhu da bir həqiqəti göstərir:
İnsanı böyük edən "iPhone 17" yox, qəlbin dəyəri, ruhi oyanış və söz sehridir.

Fəridə Əfruz kitabında bunu isbatlayır:
Bir üçlük — bir dünya.
Bir üçlük — bir həyat.
Bir üçlük — bir hikmət.

Kitab əlinizə düşəndə, sanki smartfon götürmüş kimi bir hiss doğurur: hər üçlük həm sözlə, həm də vizual elementlərlə qəlbinizdə canlanır.
Bu isə şairənin ədəbiyyatsevərlərə bəxş etdiyi "qəlb telefonu" — ruhi bir töhfədir.

Fəridə Əfruzun üçlüklərində Şərq və Qərb fəlsəfəsi, modern və klassika, təsəvvüf və ruhani düşüncə birləşərək mükəmməl bir yenilik yaradır.
Hər bir üçlük oxucuda daxili dramatizm, ruhi düşüncə və fəlsəfi oyanış doğurur.“Şüur”da ədəbiyyatın qüdrəti hər misrada daha parlaq görünür.
Sözün qəlbə axan həzini, duyğuların şəffaflığı və fikrin dərinliyi insanı başqa — daha gözəl bir aləmə aparır.

Bu aləm — tərtəmiz su kimi duru, göy səma kimi saf,
ana laylası kimi həzin və xoşdur. Bu aləm — ədəbiyyat, poeziya aləmidir.

Fəridə Əfruz poeziyası isə bu aləmi işıqlandıran parlaq bir nurdur — düşünməyə, dərk etməyə, nəticə çıxarmağa çağırır.

Bu gün mənim üçün çox sevinc­li gündür:
Sevimli şairəm Fəridə Əfruz mənə və bütün oxuculara "iPhone 17"dən də dəyərli “Şüur” "qəlb telefonu"nu hədiyyə etdi.
Bu kitab vasitəsilə oxucu sözün sehrini, ədəbiyyatın qüdrətini və şairənin böyük istedadını ruhən duyur.

"iPhone 17" ala bilməyənlər qəti kədərlənməsin —
Fəridə Əfruzun “Şüur” "qəlb telefonu"nu alın, tanıyın, oxuyun!
Bu möhtəşəm və möcüzəvi kitab münasibətilə müəllifi və bütün kitabsevərləri səmimi qəlbdən təbrik edirəm.


Cahangir NAMAZOV, 
Azərbaycan Jurnalistlər Birliyinin və 

Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar