Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Çalışın “səcdə halı”ndan xilas olun, Qəşəm Nəzəfzadə

Tarix: 14-11-2025 15:22     Baxış: 2369 A- / A+


Süjetdəki ölüm və ya Sabir Yusifoğlunun üç nöqtələri - Emil Rasimoğlu
Emil Rasimoğlu
şair-publisist



Ədəbi mühiti, mətbu prinsipləri deqradasiyaya uğradan şəxslərdən bir də məhz Qəşəm Nəcəfzadədir. Bu Qəşəm Nəcəfzadə ki var, onunla bağlı hər zaman bir dəqiq fikirdə olmuşam:

Bu adam MƏTNi tanıyan, amma və lakin(!) gerçək sənətin, ədəbiyyatın meyarlarını hansısa “maraqlar” naminə ədəbi vicdanın yoxluğuna “qurban” edən imzalardandı.

DEMƏK, həmin Qəşəm Nəcəfzadə indi də çıxıb efirdə Sabir Rüstəmxanlının şeirini (Sabir Rüstəmxanlının şeirini ha!) ilahiliklə təqdir etməyi azmış kimi, hələ bir “Sizin şeirləri təkrarlamaq olmur” — deyib, müəllifə itaətkarlıqla heyranlıq da göstərir...

TƏBİİ Kİ, itaətkarlıq Qəşəm Nəzəfzadənin təbiətinin “kodundadır”. Bu öz yerində...

AMMA VƏ LAKİN(!) SÖZÜMÜN CANI ODUR Kİ, niyə saxtakarlıq edirsiniz, Qəşəm Nəzəfzadə?

SİZ GUYA BİLMİRSİNİZMİ(?!) Sabir Rüstəmxanlı ƏDƏBİYYAT adına təqdim olunası bir şeirin, bir MƏTNin müəllifi belə deyil. Onun yazdıqları sırasında ƏDƏBİYYATı, SƏNƏTi ehtiva edən bir şeiri belə varsa, buyurun göstərin! Axı siz də bilirsiniz yoxdur. Niyə saxtakarlıq edirsiniz?

SİZ GUYA BİLMİRSİNİZMİ(?!) ədəbiyyat bir ayrı ilahi — idraki — fövqəl NƏSNƏdir, hadisədir...

Oxumuşuq da Sabir Rüstəmxanlının şeirlərini. Dəfələrlə oxumuşuq!.. Bir çoxları tərəfindən İlahiləşdirilən “Sağ ol, ana dilim”i də, “Salam, Gəncə qapısı”nı da... və.s oxumuşuq. Eyni zamanda Sabir Rüstəmxanlının ədəbi təfəkkürünün fundamental, gerçək YARADICI MEXANİZMdən uzaq olmasına da bələdik.

Niyə saxtakarlıq edirsiniz, Qəşəm Nəzəfzadə?

... SİZ GUYA BİLMİRSİNİZMİ(?!) Sabir Rüstəmxanlının şeirlərinin mahiyyətində müəllifin SPESİFİK YARDICI POTENSİALı, ədəbi hadisəni ortaya qoyacaq novatorluğu, eyni zamanda ciddi mətn çalarları dayanmır. Yalnız, populizm... sentimentallığın ibtidai forması... “tribuna didaktikası”... publisistik — kütləvi fikirlərin texniki səsləşməsi... və emosional nəzm, xroniki pafos! Məhz bu detallardan ibarətdir o şeirlərin varlığı. Bu detallar isə ciddi ədəbiyyatın (ƏDƏBİYYATın!), sənətin yaradılışına, belə demək mümkündüsə, “İlahi geninə” yaddır... 

SİZ GUYA BİLMİRSİNİZMİ(?!) dönə - dönə söz açdığımız “boz ədəbiyyat”ın təşkili (və təsdiqi!) olan məlum xüsusi detallar — PUBLİSİSTİK FİKİR HARMONİYASI, KÜTLƏVİ DİQTƏ, POPULİZM... və yekunda bu amillərdən ibarət SENTİMENTAL AHƏNG VƏHDƏTİ Sabir Rüstəmxanlının ümumi olaraq “boz poeziya”sının mahiyyətində dayanır.

... Çalışın “səcdə halı”ndan xilas olun, Qəşəm Nəzəfzadə, ömrü yormayın!


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar