Xəbər lenti
Üz tutur sənsizliyə saatların əqrəbi - Qəmər Sözayın şeirləri

Qəmər Sözay
DAĞILDI ADDIMLARIM AYRILIĞIN ÜSTÜNƏ
İncinmiş duyğularım daha büküb boynunu,
Gizlənib qəlb evimin soyuq künc bucağında
Həsrətinə sarılıb, axtarıram kölgəni,
Axtarıram bu eşqin kül olmuş ocağında.
Yollar da yorğun düşüb, həsrət qalıb izinə,
Yollar da ağrı çəkir, yadların addımından.
Heçmi göynəmir adam, sol yanının qibləsi,
Bu qədər asanmıydı vaz keçmək qadınından.
Sığınır gecələrim zülmətlərin qoynuna,
Göz yaşım sığal çəkir sevgimizin büstünə.
Yoxluğun kədər biçdi,ömrün qara donuna,
Dağıldı addımlarım ayrılığın üstünə.
ÜMİDSİZ
Nə vaxtdır ki, ümidsiz, gümansızam sabaha,
Arzuların canına məndən əsər qalmayıb.
Allahın ümidinə yaşayıram hələ də,
Bu kor qalmış bəxtimin gözləri açılmayıb.
Hey cəm olur sinəmdə çarpazlaşır dərdlərim,
Hicran hələ zövq alır həsrətinin dadından.
Xəyalının kölgəsi kəsir başım üstünü,
Ümidsizəm ümidsiz o sevdiyin qadından.
O sevdiyin qadının kədər qırıb belini,
O yuxa ürəyi də Çin Səddinə bürünüb.
O sevdiyin qadının buraxandan əlini,
İşıqlı sabahlardan qaranlığa sürünüb.
Yolların sinəsində üşüyür yoxluğunla,
Didərgin bir sevginin nəfəsini daşıyır.
Puç olmuş gəncliyilə bu vəfasız həyatda,
Allahın ümidinə yalan,gerçək yaşayır.
SƏNSİZLİYƏ DOĞRU
Üz tutur sənsizliyə saatların əqrəbi,
Hər dəqiqə ömürdən, bir ömürü aparır.
Xatirələr can verir zamanın yaddaşında,
Nə ömür sona yetir,nə sənsizlik qurtarır.
Zaman da öz payından, artıq pay vermir bizə,
Doğan günəş isitmir,üşüyən sevgimizi.
Yuxuların çin olma ümidi sona yetib,
Yuxular da birlikdə görmək istəmir bizi.
Döyünür sol yanımda həsrət adında vurğu,
Nəbzim də hey deyinir, yorulur sürətindən.
Kiçicik bir ürəkdə bunca böyük bir sevgi,
Özüm də nigaranam inan ki,səhhətimdən.
Kədər öz örpəyini atıb başım üstünə,
İtib dodaqlarımda təbəssümün şöləsi.
Yalnızlıq qala qurur,yeni yaşım üstünə,
Havadan da duyulur,bir əlvida nəfəsi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar