Sizin Reklam Burada
Xəbər lenti
25-04-2026
24-04-2026
BÜTÜN XƏBƏRLƏR

Sən nə sayırsansa, say, fələyinki başqadı - Coşqun XƏLİLOĞLU

Tarix: 28-07-2025 13:19     Baxış: 3347 A- / A+
Coşqun XƏLİLOĞLU


BAŞQADI

 Düzün saydığı başqa
 Kələyinki başqadır.
 Sən nə sayırsansa, say,
 Fələyinki başqadı.

 Ağıl deyildi yaşda,
 O, olmayır hər başda.
 Xəlbirin gözü başqa,
 Ələyinki başqadı.

 Dünyanın min sirri var,
 Tilsimi var, sehri var.
 Hərənin  öz  yeri  var,
 Zirəyinki başqadı.

 Ağac verəndə ilk bar,
 Çox  şirin  olur  nübar,
 Hər  təamın  dadı var,
 Çörəyinki başqadı.

 Coşqun, sonda sorğu var,
 Həyəcan var, qorxu var,
 Canda neçə ağrı var,
 Ürəyinki başqadı.

 23.07.25.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar