Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Gülüşünə təslim idi, bəxtdən küsmüş yaralı qəlb" - Ülviyyə Əbülfəzqızının şeirləri

Tarix: 08-07-2025 17:29     Baxış: 2171 A- / A+
 
 Ülviyyə Əbülfəzqızı


Yerin- göyün sevgisində oxşar qəlblər pıçıldaşır

Gözaldadan gülüşündə gizlənirdi böyük kədər,
Baxışların səssiz dili söyləyirdi həqiqəti.
Gülüşünə təslim idi, bəxtdən küsmüş yaralı qəlb,
Döyüntülər bəstəkartək bəstələyir səadəti.

Susmuş qəlbin yarasında boy atmışdı uca çinar,
Hər döyüntü bir yarpağı bəsləyirdi aram- aram.
Ağrı ilə qidalanan yarpaqları qorxutmurdu,
Dayanmadan güclü külək söyləsə də, varam-varam.

Çiyinlərim yükdən azad, vücud donun soyunmuşam,
Ucaldıqca- ucaldıqca vüsal eşqim coşub- daşır.
Sarıldıqca öz mənimə rahatlaşıb tamlaşmışam,
Yerin- göyün sevgisində oxşar qəlblər pıçıldaşır.

   

Sərgərdan ruhlar!

Bağışla, vücudundan üzr istəyirəm,
Ruhum ruhunun yolunu azdırıb.
Ona hakim deyiləm, qolubağlı əsiriyəm,
Görünür, sənin də ruhun sözə baxmazdır.
Qoşulub ruhuma səmanı ölçür,
Gah səmadayıq, gah yerdə.
Gah zirvədəyik, gah dərədə,
Gah küləyə yoldaşıq, gah Günəşə.
Gah oda qaçırıq, gah yağışa,
Sərgərdan ruhlarıq ARAFDAYIQ
İki vücudu əridib bir NURDAYIQ!



 Ağlına əsir düş ol ki,dustağı...
 
 Tikanlar əl-ələ verib durursa,
 Tikanlı zəncirdən divar qurursa.

 Ürək cəsarəti göydən içirsə,
 Tikan nə edəcək? Ayaq keçirsə.

 Hünərli dərdlərə qalxan tutacaq,
 Qorxunu kökündən tutub atacaq.

 Hünərsiz islanar göz yağışından,
 Qüdrətli bilinər öz baxışından.
 
 Acizlər yüz fikrə sındırarkən baş,
 Birdə ayılar ki, qaralıbdır qaş.

 Müdriklər ağlını işə salacaq,
 Müdrikdən dərs alan zəfər çalacaq.

Xeyir qapısını açmaq istəsən,
Birinci gərəkdir, xeyri seçəsən.

Dünya həyatına əymə sən boyun,
Görərsən min hoqqa, yüzlərlə oyun.

Qaranın sehrində ağ görünənlər,
Əslində zülmətdən don geyinərlər.

Etdiyin əməllər qarşına çıxar,
Demə mən güclüyəm o dartıb yıxar.

Günah zirvəsində ad almayasan,
Mizanı nəzərdən heç salmayasan.

 Dostunu seçərkən ehtiyatlı ol,
 Ağılsız olanla tərs gedəcək yol.

 Ağlına əsir düş ol ki, dustağı.
 Ariftək seçəsən qaradan ağı.

             

  Ülviyyə Əbülfəzqızı

      Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar