Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xalqımın iftixarı, sərvətidir Üzeyir,

Tarix: 04-07-2025 22:39     Baxış: 2381 A- / A+

Coşqun XƏLİLOĞLU


Bu il Azərbaycanın dahi bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas- alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.

Könüllərdə yaşamaq hər kəsə qismət olmaz,
Xalqdan güc almayanın ruhunda qüdrət olmaz,
Elin məhəbbətinə bərabər sərvət olmaz,
Xalqımın iftixarı, sərvətidir Üzeyir,
Musiqi dünyasının nemətidir Üzeyir.

Sənətdə kamilliyin uca zirvəsi idi,
Bəlkə də tanrımızın xalqa töhvəsi idi,
Cahanda millətimin ucalan səsi idi,
Xalqımın iftixarı, sərvətidir Üzeyir,
Musiqi dünyasının nemətidir Üzeyir.

Gördüyü işlər ki var, saysan, deyil qurtaran,
Ona böyük ürəyi bəxş etmişdi yaradan,
Nə qədər zaman ötsə, illər keçsə aradan,
Xalqımın iftixarı, sərvətidir Üzeyir,
Musiqi dünyasının nemətidir Üzeyir.

Musiqinin diliylə möcüzələr yaratdı,
Bir ömrə sığışmayan ilklərə imza atdı,
Tarixdən silinməyən şanlı, möhtəşəm addı,
Xalqımın iftixarı, sərvətidir Üzeyir,
Musiqi dünyasının nemətidir Üzeyir.

O, həm böyük pedaqoq, həm də bəstəkar idi,
İstedadlı yazıçı, alim, sənətkar idi,
Yazanda, yaradanda necə bəxtiyar idi,
Xalqımın iftixarı, sərvətidir Üzeyir,
Musiqi dünyasının nemətidir Üzeyir.

Onun musiqisiylə qaranlıqlar qaçılar,
Həmişə bizimlədir, gün onunla açılar,
Himnimizlə dünyaya nurlu şəfəq saçılar,
Xalqımın iftixarı, sərvətidir Üzeyir,
Musiqi dünyasının nemətidir Üzeyir.

22.02.2025



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar