Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Mən bir ömür arzulayıb gözlədim" - ŞEİR

Tarix: 20-06-2025 10:17     Baxış: 384 A- / A+

Dilnoza Kamol Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. "Sog'inch olovida ko'pirar qonim" və "Nur tashrifi" adlı kitabların müəllifidir.
Onun üç şeirini Manevr.az-ın oxucularına təqdim edirik:


HARDASAN

Gəldi Layli, ey Mecnun, gəncliyim hardasan?  
Mənsiz gəzib dünyanı, sərgərdanım, hardasan?

Ay işıqlı üzüm, andımda bir sözüm,  
Səndə gördüm özümü, ki, rizvanım, hardasan?

Sənə çağırar addım, rəqslə qaldırar aləmi,  
Özün ürəyə məlhəm, aşiqim, hardasan?

Aşkar oldu eşqim, dörd yandan tökülər göz yaşım,  
Eşitgil könül şərhim, nuqtadigim, hardasan?

Dartıb alıb canı, sürüb dövrü-dünyanı,  
Söyünmüşəm sən yamanı, fərağatım hardasan?

Oğurladın aramımı, gətir cavanlı oyanımı,  
Özünsən canımcanım, zərfişanım, hardasan?

Təqvimdə uçur səhab, məndə yoxdur uyku-xəyal,  
Varmı səndən belə dost, məhribanım, hardasan?




SEVƏMMƏRƏM

Mavi göyümi qaranlıq edib,
Buludlar başıma salarsa duman.
Sənin qəmindən bellə ölmək afzaldır,
Mən səni hamıdan çox sevirəm!

Təbiətimdən qəsr ruh qaçmaq istəsə,
Ölüm qarşımdadır duran zaman.
Hətta düşüncəmdə əlini tutub,
Sənin adını çəkib uzanır can.

And olsun, sevgimə sadiq qalacağam,
Ölsəm də heç vaxt üzülməz canım.
Günəşdən güclü olan eşqim alovu,
İsitəcək bütün bədənimi.
Mən səni bu qədər çox SEVİRƏM!..



AĞ BULUDA YAZIM...

Halımı bir kimsə bilməz,
Dərdimə sarınmışam.
Min fikirlərlə sərxoşam,
Tənhalıqda ruhum gəzər.

Aşiq olur ürək dərdinə,
Göydən şəfaq ürəyə köçdü.
Ömür ölçüsü də sirrdir,
Ümid adlı inam sönüb.

Azalır getdikcə dözümüm,
Düşüncəm qarışıq, ürəyim xəstə.
Bu zalım dünyanın qəhəri,
Boğazıma tıxanır asta.

Əzilirəm, ala bilmirəm nəfəs,
Ruhum geniş göylər istər.
İndi gedib, kağıza yox,
Ağ buluda yazım yazını.

Və nəhayət, yüngülləşdi bədən,
yırğalanır dünya beşiyi.
Mən bir ömür arzulayıb gözlədim,
Açılır göy qapısı.


Dilnoza KAMOL
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar