Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Festivalda Namiq Dəlidağlının kitabları maraqla qarşılandı - FOTO

Tarix: 29-05-2025 21:15     Baxış: 3113 A- / A+

Bu gün IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair Namiq Dəlidağlının imza günü keçirilib.

Manevr.az Bizim.Media istinadla xəbər verir ki, festivalda şairin kitabları maraqla qarşılanıb.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan şairin bir neçə şeir kitabı çap olunub.

Namiq Dəlidağlı beş publisistik kitabla yanaşı, həm də "Ağ gecənin nağılı", "Otel otağından reportaj", "Əllidə ələnənlər" kitablarının müəllifidir.

Onun ötən il 2024-cü ildə şəhid, Şuşa fatehlərindən biri Sahib Musayevə həsr olunan "Bitməyən ömrün yarımçıq gündəliyi" və bu il Özbəkistanda nəşr olunan "Sevgi sükutu" həm özbək, həm də Azərbaycan dilində çap olunub.

Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.






Günay Şahmar,
Sadiq Məmmədov, 
Bizim.Media


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar