Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sevgilim, Azərbaycan!

Tarix: 28-05-2025 13:03     Baxış: 2495 A- / A+
                       Cavid Fərzəli


Sevgilim, Azərbaycan

Bir qızın saçlarının qarğışına düşüb havalandı əllərim,
Adını Azərbaycan çağırdım, sevdası doldu könlümə.
Külək çəkdi gözlərinə gözlərimin məmləkət şəklini,
Hər gecə qollarında uyuyur ay işığı.
sevil, aynalan, külümə.
                                                    Sevgilim, Azərbaycan

Təbrizdə göz yaşını silmədilər, yolların buludda qaldı,
Dərbəndin qala qapısında saçlarını torpaq yoldu.
Qarayazı gecələrində üzünü qoydun ayrılıq daşına,
İrəvan dağlarında yuxularım səni görüb qandı.
                                                      Sevgilim, Azərbaycan

Bakı arxadır sənə,
sevdiyin qaşa-gözə qaradır hər küçə,
Azərbaycan yerişinlə vətən, baxışınla bəxtimin köçü.
Səni sevən hamı, bayrağını Tanrının gözüylə görür,
Dilsiz dərvişə yuvasan, üşüyən qızcığazsan sinə içrə.
                                                        Sevgilim, Azərbaycan

Azərbaycan sar quşudur, qanadında həya daşıyan,
Azərbaycan bülbül yuvası, nəğmə ilə yaşayan.
Sinəndə ayaq izi gördüm,
istiqlal gəzib bakirəliyini,
Sədaqətində bircə adla yaşadım, dumanında doğulan.
                                                    Sevgilim, Azərbaycan!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar